07:42 21 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Mərkəzi bank

Mərkəzi Bank 10 manatlıq əsginasla bağlı açıqlama verdi

© Sputnik / Murad Orujov
İQTİSADİYYAT
Qısa URL
237 0 0

AMB Tədavülə buraxılmış yeni 10 manatlıq pul nişanlarının nağd ödəniş avadanlıqlarında adaptasiyasına dair məlumat yaydı

BAKI, 24 aprel — Sputnik. Yenilənmiş dizayn və mühafizə elementlərinə malik 10 manatlıq pul nişanı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən cari ilin 18 mart tarixindən etibarən tədavülə buraxılıb.

Sputnik Azərbaycan-ın AMB-yə istinadən xəbərinə görə, beynəlxalq təcrübədə mərkəzi banklar tərəfindən yeni pul nişanlarının tədavülə buraxılmasına dair məlumatlar rəsmi elan olunduqdan sonra ölkə ərazisində istismar olunan nağd ödəniş avadanlıqlarının uyğunlaşdırılması (adaptasiyası) məqsədilə dövriyyəyə məhdud sayda müvafiq pul nişanları buraxılır.

"Bu proseslər müəyyən vaxt ərzində (beynəlxalq təcrübədə 10 ayadək müddətdə) həyata keçirilir. Hazırda Mərkəzi Bank tərəfindən tədavülə 10 manatlıq əskinas üzrə ümumi dövriyyənin 0.5% həcmində yeni 10 manatlıq pul nişanı buraxılmışdır. Bu say kredit təşkilatları, poçt rabitəsinin milli operatoru və qeyri-bank ödəniş təşkilatlarına məxsus nağd ödəniş avadanlıqlarının adaptasiyası üçün yetərlidir. Hazırda, qeyd edilmiş təşkilatlar tərəfindən müvafiq adaptasiya işləri ilə bağlı tədbirlər görülür və müvafiq sistemlərin uyğunlaşdırılmasının cari ilin may ayının sonlarınadək tam yekunlaşdırılması nəzərdə tutulur" - deyə AMB-nin məlumatında qeyd olunub.

Əsas mövzular