Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İlham Əliyevdən Çin şirkətlərinə jest

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Pekində “CETC International” Korporasiyasının baş direktoru ilə görüşüb
İlham Əliyev Pekində “CETC International” Korporasiyasının baş direktoru ilə görüşüb - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Prezidenti Pekində "CETC International" Korporasiyasının baş direktoru ilə görüşüb

BAKI, 24 aprel — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Pekində "CETC" Korporasiyasının baş direktoru Vu Mançin ilə görüşüb. 

İlham Əliyev Çinə işgüzar səfərə gəlib - Sputnik Azərbaycan
İlham Əliyev Çinə işgüzar səfərə gedib

Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Vu Mançin "CETC" Korporasiyasının Çinin radioelektronika sahəsində ixtisaslı şirkətlərindən olduğunu deyərək, bu sahədə uzun illərdir uğurla fəaliyyət göstərdiklərini bildirib. O, bu sahədə Azərbaycan ilə əməkdaşlıq qurduqlarını və bundan məmnun qaldıqlarını vurğuladı, əlaqələrin inkişaf etdiyini bildirib.

Ölkələrimiz arasında dostluq əlaqələrinin mövcud olduğunu deyən Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan Çinin böyük şirkətlərinin ölkəmizdə fəal iş görmələrində maraqlıdır. Dövlətimizin başçısı artıq Çinin bir çox şirkətlərinin timsalında yaxşı tərəfdaşlığın yarandığını deyib və Azərbaycanda xarici şirkətlər üçün geniş fəaliyyət sahəsinin olduğunu qeyd edib.

Xəbər lenti
0