20:06 23 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8952
Qari Cons

BP prezidenti: "Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq niyyətimizi nümayiş etdirdik"

© Sputnik / Murad Orujov
İQTİSADİYYAT
Qısa URL
37 0 0

Qari Cons: "Son qərarımız Hasilatın Pay Bölgüsü sazişini uzadarkən qarşıya qoyduğumuz uzunmüddətli hasilat planlarını dəstəkləyir"

BAKI, 19 aprel — Sputnik. "Bu gün qəbul edilən bəyanat Hasilatın Pay Bölgüsü sazişini uzadarkən qarşıya qoyduğumuz uzunmüddətli hasilat planlarını dəstəkləyir. Bu qərar Azərbaycan hökuməti və SOCAR-la sıx əməkdaşlıq etmək, "Azəri-Çıraq-Günəşli" yatağının ehtiyatlarını daha da səmərəli və rəqabətə davamlı şəkildə reallaşdırmaq niyyətimizi nümayiş etdirir". 

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons "Azəri Mərkəzi Şərqi" (MŞA) layihəsinin təsdiqlənmə mərasimində deyib.

Qeyd edək ki, MŞA layihəsi çərçivəsində dənizin, təxminən 140 metr dərinliyində, mövcud "Mərkəzi Azəri" və "Şərqi Azəri" platformalarının arasında yeni 48 şaxtalı hasilat, qazma və yaşayış platforması quraşdırılacaq. Platformadan əldə olunacaq neft və qaz məhsulunun Səngaçal terminalına qoşulan mövcud AÇG-2 ixrac kəmərinə ötürülməsi məqsədi ilə yeni yataqdaxili sualtı boru kəmərləri də inşa ediləcək.

Bundan əlavə, laya vurulan suları "Mərkəzi Azəri" kompressiya və suvurma platformasından AMŞ qurğularına nəql etmək məqsədi ilə AMŞ və Şərqi Azəri platformaları arasında suvurma boru xətti tikiləcək.

Xatırladaq ki, "Azəri-Çıraq-Günəşli" (AÇG) üzrə ilk Hasilatın Pay Bölgüsü sazişi 1994-cü ilin sentyabrında imzalanıb. 2017-ci ilin sentyabrında sazişə əlavələr edilib və müddəti 2049-cu ilə qədər uzadılıb. Yeni saziş növbəti 31 ildə AÇG-nin Azərbaycan və səhmdarlar üçün iqtisadi faydasının maksimum səviyyəyə çatdırılmasını nəzərdə tutur.

Əsas mövzular