07:22 19 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9202
Meşə

Meşələr icarəyə veriləcək

CC0 / Nejc Košir / forest
İQTİSADİYYAT
Qısa URL
51 0 0

Sahibkarlar, fiziki və hüquqi şəxslər görüləcək işlərin plan-layihəsini Nazirliyə təqdim etməklə meşə fondunun açıq sahələrini icarəyə götürə bilərlər

BAKI, 12 aprel — Sputnik. "Meşə fondu torpaqlarının açıq sahələri aqrobağların salınması məqsədilə icarəyə veriləcək". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bu keçirilən mətbuat konfransında açıqlama verib.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev
© Sputnik / Irade JELIL
Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev

O bildirib ki, dövlət başçısının 2017-ci il 9 mart tarixli 2718 nömrəli sərəncamı ilə meşə fondunun açıq sahələrinin potensialından səmərəli istifadə etmək, həmçinin sahibkarlara əlverişli şərait yaratmaq məqsədilə Azərbaycan Respublikasının Meşə Məcəlləsinin 22-ci maddəsində dəyişikliklər edilərək meşə fondu torpaqlarının icarə müddəti 10 ildən 49 ilədək artırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən qeyd olunan sərəncama uyğun olaraq meşə fondunun açıq sahələri icarəyə verilir: "Bu da meşə örtüyünün artması ilə yanaşı, yeni iş yerlərinin açılmasına, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına və ərzaq təhlükəsizliyinə töhfə verəcək".

"Sahibkarlar, fiziki və hüquqi şəxslər görüləcək işlərin plan-layihəsini Nazirliyə təqdim etməklə meşə fondunun açıq sahələrini icarəyə götürə bilərlər" - deyə F.Əliyev vurğulayıb.

Qeyd edək ki, hazırda respublikada meşələrin inventarizasiyası işləri aparılır. Bunun əsas məqsədi meşə fondunda aqrobağların salınması üçün əlverişli olan sahələrin müəyyənləşdirilməsidir.

Nazir müavininin sözlərinə görə, bu işlərin əsas məqsədi meşə təsərrüfatı tədbirlərinin aparılması yerlərini, həmçinin su hövzələrinə yaxın texnikanın işləyə biləcəyi dağətəyi və düzən sahələri aşkar etmək, bir sözlə, sahibkarlar üçün əlverişli şərait yaratmaqdır.

Meşə fondunun açıq sahələrini icarəyə götürmək istəyənlər ETSN-də yaradılmış xüsusi komissiyaya müraciət edə bilərlər.

Tel: +994 12 510-32-93, +994 55 455-34-74

Əlaqədar

Meşələrimizdə kameralar quraşdırılıb
Türkiyədə qışda meşə yanğınları başlayıb
Meşələrimizin çəpərlənməsinə başlanılıb
Teqlər:
icarə, ETSN, fond, torpaq, meşə

Əsas mövzular