Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Kart tələbi bizə də çatdı – Milyonlar xərclənəcək, amma rahatlığını da görəcəyik

CC0 / Linda / Credit CardsБанковские карты
Банковские карты - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Təmassız kartı POS-terminala daxil etməyə ehtiyac yoxdur"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 10 aprel — Sputnik. "VISA International" və "MasterCard" Azərbaycan banklarına tamamilə təmassız (contactless) kartlara keçidlə bağlı tələb qoyub. Tələbə görə, 2021-ci ilədək ölkədə olan bütün banklar müştərilərinə təmassız plastik kartlar təqdim etməlidir. "AzeriCard" MMC-nin departament direktoru Cahangir Məmmədov belə bir tələbin olduğunu təsdiqləyib: "Hazırda "AzeriCard"ın xidmətlərindən istifadə edən banklar bu məsələ ətrafında işləri davam etdirir".

Водительское удостоверение Азербайджанской Республики - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yeni sürücülük vəsiqəsindən plastik kart kimi istifadə edə bilərik

Ekspertlər Azərbaycan banklarının təmassız kartlara keçid məsələsini Sputnik Azərbaycan-a şərh ediblər.

İqtisadçı-ekspert Samir Əliyev deyib ki, informasiya texnologiyaları inkişaf etdikcə bankların funksiyaları və əhali üçün rahatlığı artır: "Bu gün Azərbaycanda plastik kartlar heç də hamısı eynicinsli deyil. Bəzi plastik kartlar ödəniş etmək üçün mütləq POS-terminala daxil edilməlidir və PİN-kod yığılmalıdır. Artıq yeni nəsil plastik kartlar var ki, onu POS-terminala daxil etməyə ehtiyac yoxdur. Yeni nəsil kartı POS-terminala yaxınlaşdırmaqla ödəniş etmək mümkündür. Azərbaycan bankları yeni nəsil kartlara keçməyə hazırdır. Artıq bir sıra banklarda təmassız plastik kartlardan istifadə təcrübəsi var".

Onun sözlərinə görə, yeni nəsil plastik kartların hazırlanması hər bir halda banklar tərəfindən sifariş verilir və bunun xərci onlar tərəfindən ödənilir: "Bunun xərci heç bir halda vətəndaşın üzərinə düşməyəcək. Əksinə bu, vətəndaş üçün rahatlıq yaradır. Banklar özləri də təmassız kartlara keçməkdə maraqlıdır. Belə ki, kartdan nə qədər çox istifadə edilsə, banklar bir o qədər gəlir götürür. Yəni kart vasitəsilə dövriyyənin yüksək olması bankın gəlirlərinin artmasına təsir göstərir".

"Düşünmürəm ki, təmassız kartlara keçiddə hər hansı bir problem yaranacaq, banklar bundan imtina edəcək və yaxud da böyük xərcə düşəcək. Getdikcə Azərbaycan bankları heç bir problem olmadan rahat şəkildə təmassız kartlara keçə bilər" – deyə ekspert qeyd edib.

O, bildirib ki, xaricdə təmassız kartların payı getdikcə artır: "Gələcəkdə xarici ölkələrdə bizim köhnə kartlardan istifadə çətinlik yarada bilər. Azərbaycan bankları artıq təmassız kartlara keçməlidir və bir sıra banklar bunu edir".

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov da deyib ki, təmassız kartlar daha təhlükəsizdir və POS-terminala daxil etməyə ehtiyac yoxdur: "Təmassız kartlara keçid vaxt itkisinin qarşısını alacaq və yeni nəsil kartlar mövcud kartlara nisbətən daha uzun müddət istifadə edilir. 

Монеты - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Bakı Kart"ın "yararsız pul" problemi: Aparatlar işləmir
Çünki təmassız kartlarda kontakt olmadığı üçün zədələnmir. Banklar təmassız kartları daha uzun müddətə verə bilər. Bu, ilk dövrdə bankların xərcini artırsa da, burada problem olmayacaq. Hazırda bütün dünya buna keçir".

Onun sözlərinə görə, yeni nəsil kartlardan təmaslı da istifadə etmək olar: "Yəni yeni nəsil kartlarda təmaslı funksiyası da var, POS-terminala daxil etmək olur. Ona görə də ölkədə POS-terminalları dərhal, tez bir zamanda dəyişməyə ehtiyac yoxdur. Tədricən POS-terminalları dəyişmək olar".

Qeyd edək ki, "AzeriCard" MMC-nin departament direktoru Cahangir Məmmədov deyib ki, bütün banklarda bu proseslər gedir və artıq bir sıra bankların müştəriləri təmassız kartlara malikdir: "Düşünürəm ki, tələb olunan müddətin sonunda bankların hamısı müştərilərinə tamamilə təmassız kartlar təklif edə biləcək".

Xəbər lenti
0