Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

ABŞ və Azərbaycan arasında kənd təsərrüfatı sahəsində möhkəm əlaqələrin təməli atılır

Azərbaycanın nümayəndə heyəti ABŞ-da kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən bir sıra istehsalat obyektlərində olub
Azərbaycanın nümayəndə heyəti ABŞ-da kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən bir sıra istehsalat obyektlərində olub - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın nümayəndə heyəti ABŞ-da kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən bir sıra istehsalat obyektlərində olub

BAKI, 8 aprel - Sputnik. ABŞ-Azərbaycan Ticarət Palatası və İllinoys Ticarət Palatasının birgə təşkilatçılığı ilə Çikaqo şəhərində keçirilən birinci İllinoys-Azərbaycan kənd təsərrüfatı forumu keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, forum çərçivəsində Azərbaycanda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkətlərin təmsilçilərinin daxil olduğu və kənd təsərrüfatı naziri İnam Kərimovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti aprelin 3-də GSI (AGCO) şirkətinin İllinoys ştatında yerləşən taxıl və protein istehsalı sahəsinə aid avadanlıqların istehsal edildiyi müəssisələrə, ayın 5-də isə Ayova ştatının “Cinnamon Ridge Farms” fermasına, eləcə də “John Deere” şirkətinin Molin şəhərində yerləşən mənzil-qərargahına səfər edib.

© AR Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətiAzərbaycanın nümayəndə heyəti ABŞ-da kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən bir sıra istehsalat obyektlərində olub
ABŞ və Azərbaycan arasında kənd təsərrüfatı sahəsində möhkəm əlaqələrin təməli atılır  - Sputnik Azərbaycan
Azərbaycanın nümayəndə heyəti ABŞ-da kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən bir sıra istehsalat obyektlərində olub

GSI dünyada taxıl silolarını saxlamaq üçün poladdan çənlər istehsal edən ən böyük şirkətdir. İllinoys ştatının Assampşn şəhərində yerləşən GSİ şirkəti dünyanın 70-dən çox ölkəsinə keyfiyyətli avadanlıq və xidmətlər təqdim edir. GSİ şirkətinin rəhbərliyi Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti üçün təşkil edilmiş turda şirkətin istehsal həcmi, istehsal olunan avadanlığın keyfiyyəti və xüsusiyyətləri haqqında geniş məlumat verib. Nazir GSI şirkəti tərəfindən təklif edilən məhsullarla və istehsal prosesi ilə yaxından tanış olub.

Ayova ştatında yerləşən və ABŞ-ın kənd təsərrüfatı sahəsində aparıcı fermalarından sayılan “Cinnamon Ridge Farms”a səfər zamanı Azərbaycan nümayəndə heyəti ABŞ-ın fermalarında tətbiq edilən mexanizmlər və istehsalat prosesləri ilə tanış olub. Nümayəndə heyətinin üzvləri fermada işlədilən heyvandarlıq, süni mayalandırma, əkinçilik növləri ilə tanış olub, eləcə də Avropa ilə ABŞ-da tətbiq edilən müqayisəli üsullarla bağlı müzakirələr aparıblar.

© AR Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətiAzərbaycanın nümayəndə heyəti ABŞ-da kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən bir sıra istehsalat obyektlərində olub
ABŞ və Azərbaycan arasında kənd təsərrüfatı sahəsində möhkəm əlaqələrin təməli atılır  - Sputnik Azərbaycan
Azərbaycanın nümayəndə heyəti ABŞ-da kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən bir sıra istehsalat obyektlərində olub

“John Deere” korporasiyasının mənzil-qərargahına səfər edən nümayəndə heyəti şirkətin təklif etdiyi kənd təsərrüfatı avadanlığı və xidmətlərlə tanış olub. Səfər çərçivəsində nazir İnam Kərimov şirkət rəhbərliyi ilə görüşüb. Azərbaycanda kənd təsərrüfatına göstərilən dövlət dəstəyi haqqında ətraflı məlumat verən İnam Kərimov ölkəmizdə kənd təsərrüfatı texnikaları bazarının liberallaşdırılması istiqamətində həyata keçirilən islahatlar barədə danışıb.

Görüşdə “John Deere” şirkəti ilə qarşılıqlı texniki tərəfdaşlığın genişləndirilməsi də müzakirə olunub.

© AR Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətiAzərbaycanın nümayəndə heyəti ABŞ-da kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən bir sıra istehsalat obyektlərində olub
ABŞ və Azərbaycan arasında kənd təsərrüfatı sahəsində möhkəm əlaqələrin təməli atılır  - Sputnik Azərbaycan
Azərbaycanın nümayəndə heyəti ABŞ-da kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən bir sıra istehsalat obyektlərində olub

Qeyd edək ki, səfər zamanı kənd təsərrüfatı naziri İnam Kərimovu Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov müşayiət ediblər.

Xəbər lenti
0