Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Kredit faizlərinin yuxarı həddini müəyyən edəcək qurum dəqiqləşdi

© AFP 2023 / DAMIEN MEYER Kredit kartları, arxiv şəkli
Kredit kartları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Banklar haqqında" qanunun 36-cı maddəsinə (Banklarla onların müştəriləri arasında münasibətlər) dəyişiklik təklif olunur

BAKI, 19 mart — Sputnik. "Banklar haqqında" qanunun 36-cı maddəsinə (Banklarla onların müştəriləri arasında münasibətlər) dəyişiklik təklif olunur. Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliklə qanuna 36.6-1-ci maddə əlavə edilir.

Əlavəyə əsasən, bankların müştərilərlə bağladığı kredit müqavilələri üzrə faiz dərəcələrinin, komisyon haqların və göstərilən bank xidmətləri üçün digər ödənişlərin yuxarı həddi maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən ediləcək. 

Milli Məclisin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Tahir Mirkişili - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə 311 min iddia var

Dəyişiklik Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Qeyd edək ki, dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin üzvü Asim Zülfüqarov bu məsələni şərh edib. O, bildirib ki, son günlərdə ölkə başçısının problemli kreditlərlə bağlı imzaladığı fərman inqilabi addım hesab olunur: ""Banklar haqqında" qanuna edilən düzəliş vətəndaşların sosial rifahının yaxşılaşdırılması, istehlakçıların hüquqlarının qorunması baxımından böyük əhəmiyyət daşıyır. İnsanlara çox aşağı faizlə güzəştli kreditlər veriləcək".

İclasda deputatlar Əli Məsimli, Tahir Mirkişili, Aydın Hüseynov bildiriblər ki, problemli kreditlərin həlli, eyni zamanda, bank sektorunun sağlamlaşdırılmasına yönəlmiş addımlar, faiz dərəcələrinin aşağı salınması sosial və iqtisadi cəhətdən çox önəmlidir.

Xatırladaq ki, "Banklar haqqında" qanunun 36.6-cı maddəsində deyilir ki, hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarmı və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir.

Xəbər lenti
0