17:05 21 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9105
Çörək, arxiv şəkli

Çörək istehsal edənlər üçün şad xəbər

© Sputnik / Vitaly Belousov
İQTİSADİYYAT
Qısa URL
73 0 0

Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif edilir

BAKI, 18 mart — Sputnik. Azərbaycanda buğdanın idxalı və satışı, həmçinin buğda unu və çörəyin istehsalı və satışının daha 1 il müddətinə əlavə dəyər vergisindən azad edilməsi təklif olunur.

Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif edilir.

Vergidən azadetmə 2021-ci ilədək davam edəcək.

Qeyd edək ki, ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması, eləcə də əhalinin əsas istehlak mallarına tələbatının ödənilməsi məqsədilə Vergi Məcəlləsinin 164.1.27-ci maddəsində buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən 3 il müddətinə əlavə dəyər vergisindən azad edilib.

Dəyişiklik Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Əsas mövzular