11:15 22 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
Khazar minik avtomobili

Milli avtomobilin yerli detallardan yığılmasına vaxt tələb olunur

© AR İN-in mətbuat xidməti.
İQTİSADİYYAT
Qısa URL
60 0 0

Azərbaycanda avtomobillər tələbata uyğun olaraq istehsal edilir

Fuad Əlizadə, Sputnik Azərbaycan

BAKI, 14 mart — Sputnik. Ötən ildən istehsal edilən "Khazar" avtomobillərinin yerli bazarda uğurlu yerini tutması və istehsal edilən avtomobillərdə mümkün yeniliklər barədə Sputnik Azərbaycan-a "AzerMash" Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Emin Axundov məlumat verib.

"Bəziləri ölkədə yalnız maşını istehsal etməyə başlayandan sonra satış məsələsini həll edirlər. "Azərmaş"ın bu və ya digər markadan olan nəqliyyat vasitələrinin istehsalının təşkilinə yanaşması bundan ibarətdir ki, o, uzun müddət ərzində avtomobillərin idxalı və satışın təşkili ilə məşğul olur. Bununla yanaşı, avtomobillərin istehsalı məsələsi aktuallaşanda konkret bilirik ki, hansı markadan olan avtomobilə tələbat var və biz onu bazarda sata bilərik" - deyə Axundov bildirib.

Khazar minik avtomobilinin istehsalı
© AR İN-in mətbuat xidməti.
"Khazar" minik avtomobilinin istehsalı

Bu gün zavodda istehsal olunmuş "Khazar" markalı 1500-dən çox minik avtomobili Azərbaycan bazarında satılıb. Yaxın zamanlarda Peugeot 207 model avtomobillərin istehsalına və satışına başlanacaq.

Avtomobil istehsalı zamanı yerli hissələrdən istifadə üçün uzun müddət vaxt tələb edilir. Lakin bu gün avtomobil yığımı zamanı ölkədə istehsal olunan yerli elektrik kabellərindən istifadə olunur.

"Yalnız avtomobillər üçün elektrok kabelləri istehsal etmək sərfəli deyil və bu məhsuldan məişət məqsədilə də istifadə edilir" - deyə idarə heyətinin sədri bildirib.

Axundov həmçinin qeyd edib ki, Azərbaycan istehlakçıları gələn il məmnuniyyətlə ölkəmizdə yığılan aztonnajlı rus yük maşınlarını da əldə edə biləcəklər.

Neftçala sənaye məhəlləsində "AzerMash" ASC tərəfindən "Iran Khodro" şirkəti ilə birgə açılmış "Xəzər" (Khazar) avtomobil zavodu 29 mart 2018-ci ildə rəsmən istifadəyə verilib. Bu zavoda 15 milyon dollar (75% AzerMash, 25% Iran Khodro) investisiya qoyulub. Zavodda 300 nəfər işləyir və burada il ərzində 10 min avtomobil yığmaq imkanı var. Eyni zamanda burada zərurət olduğu halda, əlavə yer olmadan üçnövbəli iş qrafiki çərçivəsində ildə 30 min avtomobil istehsal etmək mümkündür.

Qeyd edək ki, 9 fevral 2019-cu ildə təməli atılan Hacıqabul Sənaye Məhəlləsindəki AzerMash" ASC-yə məxsus yeni avtomobil zavoduna qoyulmuş investisiyanın həcmi isə təxminən 14 milyon manat (8 milyon dollardan artıq) olacaq. Bu zavodda 12 cür aztonnajlı "QAZ Qrupu"ndan olan rus yük maşını yığılacaq ki, bu da 2020-ci ilin ikinci yarısına planlaşdırılır. İlkin mərhələdə burada 100 nəfər işləyəcək. İl ərzində isə burada istehsal edilən avtomobillərin sayı minədək artacaq.

Əlaqədar

Bakıda avtomobil oğrusu yaxalanıb
Bakıda bəzi avtomobillərin taksi kimi istifadəsinə qadağa qoyuldu
Ödənişli avtomobil yolları ilə bağlı qərar verilib

Əsas mövzular