15:32 16 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8825
Bank əməliyyatçısı

Azərbaycanda zəif bankların sayı açıqlandı

CC0 / rawpixel / bank
İQTİSADİYYAT
Qısa URL
6185 0 0

"Yaxşı olardı ki, 2016-cı ildə bankların müflisləşməsi prosesi cari ildə müşahidə edilməsin"

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 12 fevral — Sputnik. "Azərbaycanda müflis olmuş banklarla bağlı əsas problem sığortalanmayan əmanətlərin qaytarılmaması məsələsidir. Artıq bir neçə ildir ki, bu problemlər hələ də həllini tapmır".

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı-alim Vüqar Bayramov deyib. O, bankların müflisləşməsinin qarşısının alınması üçün təklif səsləndirib: "Yaxşı olardı ki, 2016-cı ildə bankların müflisləşməsi prosesi cari ildə müşahidə edilməsin. Bu səbəbdən hazırda Maliyyə Bazarlarına Nəzarət Palatası çalışır ki, bankların müflisləşməsini deyil, birləşdirilməsini həyata keçirsin".

V.Bayramov aparılan qiymətləndirmənin nəticələrindən danışıb: "Aparılan qiymətləndirmə onu göstərir ki, sektorda hələ də zəif banklar var. Bizim qiymətləndirməmizə görə, bu gün belə bankların sayı dörddür. Maliyyə Bazarlarına Nəzarət Palatası bu bankların birləşdirilməsinə çalışmalıdır".

Əlaqədar

Bank kartlarından pullar necə oğurlanır - Müdhiş fırıldağın izi ilə
Bankomatlarda yeni problem: Sizin də başınıza gələrsə, dərhal məlumat verin
Mərkəzi Bank yeni məzənnəni açıqladı
Teqlər:
Vüqar Bayramov, müflis, Bank, Azərbaycan

Əsas mövzular