16:58 18 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
100 manatlıq əskinazlar

İki amil üst-üstə düşərsə, manat təzyiqlər qarşısında qalacaq

© Sputnik / Murad Orujov
İQTİSADİYYAT
Qısa URL
5677 0 0

Ekspert: "Bütün hallarda Azərbaycan Mərkəzi Bankının qərarı həlledicidir"

BAKI, 7 fevral — Sputnik. "Manatın məzənnəsinə əsas təsir edən iki faktor var. Onlardan biri neftin revazer qiymətidir. Neftin revazer qiyməti 50 dollardır".

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı-alim Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bu rəqəmin 50 dollar olması, əslində, "qırmızı xətt" hesab edilir.

"Revazer qiyməti bundan da aşağı düşəcəyi halda isə, ölkəyə gələn valyutanın həcmində kəskin azalma olacaq. Bu amil, eyni zamanda Mərkəzi Bankın intervensiya imkanını da məhdudlaşdıracaq" - deyə Bayramov vurğulayıb.

Ekspert qeyd edib ki, manatın məzənnəsinə təsir edən digər amil qeyri-neft ixracatçısı olan tərəfdaşlarımızın milli valyutalarıla bağlı durumdur: "Xüsusən də Rusiya rublunun məzənnəsi Azərbaycan manatı üçün önəmlidir".

"Neftin revazer qiyməti aşağı düşərsə, Rusiyada da rublun ucuzlaşması baş verərsə, bu halda manata təzyiqlər olacaq. Bütün bunlara baxmayaraq, Azərbaycan Mərkəzi Bankının qərarı həlledicidir" – deyə V.Bayramov əlavə edib.

Əlaqədar

Manatın bu günə olan dəyəri
Manatın möhkəmlənməsi üçün fürsət meydana çıxıb
Manat xarici valyutalar qarşısında möhkəmləndi
Teqlər:
Rusiya, neft, rubl, məzənnə, manat, Vüqar Bayramov

Əsas mövzular