Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Ümid edirəm ki, Rusiya qazının qiyməti aşağı düşəcək"

© Sputnik / Asatur YesayantsErmənistan baş naziri Nikol Paşinyan
Ermənistan baş naziri Nikol Paşinyan - Sputnik Azərbaycan
Abunə olmaq
2019-cu il ərzində Ermənistan Rusiyadan 2,5 milyard kubmetr qaz alacaq.

BAKI, 29 yanvar — Sputnik. Rusiya qazının qiyməti Avrasiya İqtisadi İttifaqı (Aİİ) məkanında bizim üçün olduqca həssas məsələdir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan "RBK" telekanalına müsahibəsində bildirib.

Paşinyan vurğulayıb ki, 2019-cu ildə Ermənistan istehlakçıları üçün qazın qiymətinin dəyişməməsi üçün razılaşma olduqca önəmlidir: "İl ərzində qaz qiymətlərinə dair razılığa gəlmək üçün müzakirələrimizi davam etdirəcəyik".

İlin sonunda Ermənistanda qaz qiymətlərinin artmasının mümkünlüyü barədə sualı cavablandıran Paşinyan vurğulayıb: "Siz niyə belə düşünürsünüz? Mən ümid edirəm ki, əksinə qiymətdə azalma baş verəcək".

Qeyd edək ki, Rusiya əvvəlcədən xəbərdarlıq etdiyi kimi, Ermənistana satdığı qazın qiymətini artırıb. 2019-cu ilin 1 yanvarından etibarən Yerevan Moskvadan aldığı qazın hər min kubmetri üçün ötən il olduğu kimi, 150 dollar deyil, 165 dollar ödəməli olacaq.

2019-cu il ərzində Ermənistan Rusiyadan 2,5 milyard kubmetr qaz alacaq.

Xəbər lenti
0