Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Rusiya dollara alternativ tapdı

© REUTERS / Benoit Tessier / illüstrasiyaVirtual pul vahidi bitkoin
Virtual pul vahidi bitkoin - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı hesab edir ki, kriptovalyutanın gələcəyi var

BAKI, 17 yanvar — Sputnik. Kriptovalyutanın dolları əvəz edə biləcək qlobal valyutanın bir hissəsi olmaq üçün bütün şansları var. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya Kənd Təsərrüfatı və Dövlət İdarəçiliyi Akademiyasının rektoru Vladimir Mau bildirib.

Bitkoin - Sputnik Azərbaycan
Dünya nəhənginin şefi: "Kriptovalyutalar qadağan edilsin"

İqtisadçı hesab edir ki, kriptovalyutanın gələcəyi var.

O, xatırladıb ki, hələ 100 il əvvəl, məsələn avstriyalı iqtisadçı Fridrix fon Xayek özəl pulların effektivliyini proqnozlaşdırıb: "Təbii ki, bu digər formada deyilib. Lakin kriptovalyutalar da inam və texnologiyalar əsasında yaradılan özəl pullardır".

Onun sözlərinə görə, dolların əleyhinə bir sıra faktorlar var. Bu, ilk növbədə ABŞ-ın daxili siyasətindəki qeyri-müəyyənliklə bağlıdır.

Kriptovalyuta – virtual (rəqəmsal) valyutanın bir növü olmaqla bərabər elektron ödəniş şəbəkəsidir. İnternet şəbəkəsinin qlobal xarakter daşıdığı bir dövrdə kriptovalyuta maliyyə sistemində innovativ bir yenilikdir və ödəniş vasitəsi kimi yaxın gələcəkdə ən ideal valyuta olacağı qaçılmazdır. Hətta kriptovalyutaya internetin qızılı da demək mümkündür.

Kriptovalyutanın əldə edilməsi prosesi – mayninq adlanır və bu zaman kriptoqrafiyadan istifadə olunduğundan valyuta sözünün əvvəlində "kripto" prefiksindən istifadə olunur. Hər bir kriptovalyuta vahidi ingilis dilində – Coin adlanır və coinlərin emissiyası yalnız qabaqcadan müəyyən olunmuş alqoritm əsasında məhdud sayda ola bilər. Coinlərin hər birində şifrələnmiş informasiya mövcuddur və istənilən növ saxtakarlıqdan mühafizə olunur. Coinlərin şəbəkədə olmasını, onların uçotunu və hesabatlığının aparılmasını Blokçeyin sistemi təmin edir.

Xəbər lenti
0