Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Rəsmi güzəşt: Daha az vergi ödəyə bilərsiniz

© Sputnik / Murad OrujovПресс-конференция на тему "Как и кому будут начисляться налоги в 2019 году"
Пресс-конференция на тему Как и кому будут начисляться налоги в 2019 году - Sputnik Azərbaycan
Abunə olmaq
"Sadələşdilmiş vergitutma sistemindən məhrum olan şəxslərə kifayət qədər güzəştlər tətbiq olunub"

BAKI, 11 yanvar — Sputnik. Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə 2018-ci ildə Azərbaycanın vergi qanunvericiliyinə edilən dəyişikliklər müşakirə edilib. Tədbirdə çıxış edən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin (İRÖM) sədri Ruslan Atakişiyev deyib ki, bu dəyişikliklər ölkə iqtisadiyyatına və əhalinin rifahına təsir edəcək.

Председатель Общественного объединения Изучение экономических ресурсов Руслан Атакишиев - Sputnik Azərbaycan
İQTİSADİYYAT
"Yeni vergi qanunvericiliyi müsbət nəticələr doğuracaq"

Onun sözlərinə görə, dəyişiklərin məqsədi kölgə iqtisadiyyatının həcminin azaldılmasıdır: "Bununla həm də sadələşdirilmiş vergi bazası azaldılacaq. Araşdırmalar göstərdi ki, tətbiq olunan sadələşdirilmiş vergi bazası bir çox hallarda vergidən yayınmaya şərait yaradırdı".

"Digər tərəfdən, burada məqsəd əmək müqavilələrinin rəsmiləşdirilməsininin genişləndirilməsidir. Kölgə iqtisadiyyatının formalaşmasının səbəblərdən biri də işçilərə əmək haqqının rəsmi və qeyri-rəsmi formada verilməsi idi" - deyə Atakişiyev bildirib.

"Yeni dəyişikliklərə əsasən 8 min manata qədər qazancı olan şəxslər gəlir vergisindən azad olunur. Bu da sahibkara işçi ilə müqavilə bağlamasına imkan yaradacaq. Bu ilin dövlət büdcəsinə gəlir vergisindən daxilolmalar 300 milyon manat azalıb. Amma bu dəyişikliklərdən gözlənti odur ki, hər il 10-15 faizlik rəsmiləşmə hesabına dövlət həmin 300 milyonu bərpa edəcək" - deyə o, əlavə edib.

Bakı Hesabat Mərkəzinin (BHM) direktoru, müstəqil auditor Mehdi Babayev isə deyib ki, dəyişikliklər ən çox kiçik sahibkarlıq subyektlərinə təsir edəcək: "Kiçik sahibkarların içərisində fiziki şəxslər üstünlük təşkil edir. Dəyişikliklərə diqqət yetirəndə görürük ki, burada sahibkarların vergi yükü artmır. Hətta istəsələr, sadələşdirilmiş vergi ödəyicisi olduqları dövrdəkindən daha az vergi ödəyə bilərlər".

"Bu, gəlirlərin və xərclərin düzgün uçotunun aparılması halında mümkündür. Həmçinin, sadələşdilmiş vergitutma sistemindən məhrum olan şəxslərə kifayət qədər güzəştlər tətbiq olunub. Əgər sahibkar xərclərin uçotunu aparmazsa, 5 faiz vergi ödəmiş olacaq. Ancaq uçot aparılarsa, hətta onlar əvvəlkindən daha az vergi ödəmək imkanı əldə edəcəklər" - deyə M.Babayev vurğulayıb.

Xəbər lenti
0