Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Növbəti il üçün neftlə bağlı proqnozlar bədbindir - İqtisadçı

© Sputnik / Vitaly Timkiv / Mediabanka keçidNeft buruğu
Neft buruğu - Sputnik Azərbaycan
Abunə olmaq
"Son qərar inkişaf etməkdə olan ölkələrin, eləcə də Azərbaycanın valyuta bazarımız psixoloji təsir göstərməkdədir"

BAKI, 24 dekabr — Sputnik. "Federal Ehtiyatlar Sisteminin (FED) uçot stavkasının yüksəltməsi ilə bağlı qərarı neft bazarına təzyiqi daha da artırdı. "Brent" markalı neftin hər barelinin qiyməti 53 dollaradək azaldıqdan sonra stabillik müşahidə olunsa da, bunun uzun müddətli olacağını söyləmək çətindir". 

Строительство трубопровода, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Neft sürətlə ucuzlaşır

Sputnik Azərbaycan-ın xəbərinə görə, iqtisadçı-alim Vüqar Bayramov neftin qiyməti ilə bağlı verdiyi şərhdə belə qeyd edib.

V.Bayramovun sözlərinə görə, gələn ilin büdcəsində neftin qiymətinin 60 dollardan hesablanacağı nəzərə alınarsa, ucuzlaşma fiskal baxımdan Azərbaycan üçün əlverişli olmayacaq: "Doğrudur, bu il neftin orta qiyməti kifayət qədər yüksək olduğundan bazardakı son enişlər 2018-ci il büdcəsinin gəlirlərinə təsir etməyib. Bununla belə, deyə bilərik ki, gələn il büdcə gəlirlərinin formalaşmasında neftin dünya bazarındakı qiyməti həlledici olacaq. FED 25 faizlik artım ilə bazarda şok yaratmamağa çalışsa da, son qərar inkişaf etməkdə olan ölkələrin, eləcə də Azərbaycanın valyuta bazarımız psixoloji təsir göstərməkdədir".

İqtisadçının qənaətincə, Avropa Birliyi büdcəsi ilə bağlı İtaliya ilə əldə edilən razılıq avroya müəyyən nəfəs versə də, avrozonadakı nümayişlər köhnə qitənin vahid valyutasının möhkəmlənməsinə imkan vermir: "Göründüyü kimi, qlobal bazarlar da ili qeyri-müəyyənliklərlə başa vurmaqdadır. Beynəlxalq maliyyə qurumları isə gələn il üçün qlobal iqtisadi artım faizini aşağı saldıqları üçün əmtəə və valyuta bazarlarında qeyri-müəyyənliklərin davam edəcəyi gözlənilir".

 

Xəbər lenti
0