23:48 21 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
43 0 0

Agentliyin məlumatında, həmçinin bildirilir ki, Səudiyyə Ərəbistanı Rusiyanı hasilatı gündəlik 250-300 min barrel aşağı salması ilə bağlı danışıqlar aparır

BAKI, 7 dekabr - Sputnik. OPEC-ə üzv ölkələr Vyanada keçirilən iclasda hasilatın azaldılmasına dair prinsipcə razılığa gəliblər. Açıq qalan sual hasilatın hansı həcmdə azaldılması və əsas qeyri-OPEC ölkəsi Rusiyanın hasilatın azaldılmasında iştirakı ilə bağlıdır.

Reuters xəbər verir ki, gündəlik hasilatın 1 milyon barrel azaldılmasının kifayət edəcəyi qənaətində olan Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih dekabrın 7-də axşamadək qeyri-OPEC ölkələri ilə də razılaşma əldə ediləcəyinə ümidvar olduğunu bildirib.

Agentliyin məlumatında, həmçinin bildirilir ki, Səudiyyə Ərəbistanı Rusiyanı hasilatı gündəlik 250-300 min barrel aşağı salması ilə bağlı danışıqlar aparır.

Əsas mövzular