Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İran radikal qərar qəbul edib

Abunə olmaq
"Sanksiyalar davam etdikcə İran OPEC+ çərçivəsində hasilatın azaldılması kvotasını müzakirə etməyəcək"

BAKI, 6 dekabr — Sputnik. 57 ildir üzvü olduğu OPEC-dən 2019-cu ilin yanvarında ayrılma qərarı alan Qətərin ardından, İrandan da çox əhəmiyyətli bir açıqlama gəlib. Sputnik Azərbaycan "Haber7"-yə istinadla xəbər verir ki, OPEC-in sabah keçirəcəyi toplantı ərəfəsində İranın neft naziri Bijan Zanganeh mühüm bəyanat verib.

"Sanksiyalar davam etdikcə İran OPEC+ çərçivəsində hasilatın azaldılması kvotasını müzakirə etməyəcək" - deyə nazir bildirib.

Qeyd edək ki, OPEC+ ölkələrinin nazirləri, eləcə də Rusiya nümayəndəsi Monitorinq Komitəsinin dünən keçirilən iclasında neft hasilatını azaltmağın zəruriliyi barədə razılığa gəliblər. Bunu jurnalistlərə Omanın neft və qaz naziri Məhəmməd bin Hamad ər-Rumhi deyib.

Xəbər lenti
0