Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Sahibkarları narahat edən məsələyə aydınlıq gətirildi

© Sputnik / Murad OrujovФинансовая отчетность, фото из архива
Финансовая отчетность, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə minimum əmək haqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında sosial sığorta haqları hesablanması nəzərdə tutulub

BAKI, 27 noyabr - Sputnik. Bu gün Milli Məclis bir sıra digər layihələrlə yanaşı "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanunu"nun layihəsi və "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanunu"nun layihəsi birinci oxunuşda qəbul ediliblər. Sözügedən qanun layihələri ictimaiyyətin geniş spektrində böyük suallar doğurub. Çünki burada söhbət vergi dərəcələrinin və sosial sığorta haqlarının dəyişməsindən gedir. Bununla bağlı Sputnik Azərbaycan bir sıra əlaqədar qurumlara sorğu göndərib. Vergilər Nazirliyi Media və kommunikasiya mərkəzindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olar bunlar bildirilib:

"Son günlər kütləvi informasiya vasitələrində vergi və sosial qanunvericiliyə dəyişikliklər layihəsində nəzərdə tutulan bəzi müddəaların şərhi zamanı müəyyən suallar ortaya çıxıb. Bu xüsusilə, mülki-hüquqi xarakterli müqavilələr əsasında çalışan şəxslərlə bağlıdır.

Milli Məclis - Sputnik Azərbaycan
Dövlət büdcəsi ikinci oxunuşda qəbul edildi

KİV-dən daxil olan çoxsaylı sorğuları nəzərə alaraq bildiririk ki, qanunvericilik layihəsində mülki-hüquqi xarakterli müqavilələr əsasında çalışan şəxslərin sosial sığorta haqlarının aşağıdakı qaydada tutulması təklif edilib:

Mülki-hüquqi xarakterli müqavilələr əsasında çalışan şəxslər üzrə:

gəlirlərindən ödəmə mənbəyində 25 faiz dərəcə ilə sosial sığorta haqqı tutulacaq.

Vergi orqanlarına uçota alınmayan və mülki-hüquqi xarakterli müqavilə əsasında çalışan belə şəxslərin sosial sığorta yükündə dəyişiklik baş verməmişdir.
Sosial sığorta haqlarının bu qaydada tutulması sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə şamil edilmir.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə:

Millət vəkili Musa Quliyev - Sputnik Azərbaycan
Deputat özəl səhiyyə müəssisələrinə vergi güzəştlərinin tətbiq olunmasını təklif edib

sahibkarlıq fəaliyyəti üzrə minimum əmək haqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında sosial sığorta haqları hesablanması nəzərdə tutulub.

Bu kateqoriyaya vergi orqanlarında uçota duraraq sahibkarlıq fəaliyyəti həyata keçirən vergi ödəyiciləri aiddir.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər mülki-hüquqi xarakterli müqavilələr əsasında fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq onların sosial sığorta haqları üzrə öhdəlikləri minimum əmək haqqının faiz nisbəti ilə müəyyən edilir".

Qeyd edək ki, layihə ilə sözügedən kateqoriya üçün sadələşdirilmiş verginin hazırkı 4%-dən 2%-ə endirilməsi nəzərdə tutulur.

Xəbər lenti
0