16:40 11 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9326
Нефть, фото из архива

Neft son 13 ayda ən aşağı qiymətə düşüb

© REUTERS / Brendan McDermid
İQTİSADİYYAT
Qısa URL
138 0 0

Neftin qiyməti son 13 ayın minimumuna enib

BAKI, 24 noyabr - Sputnik. Neftin qiyməti son 13 ayın minimumuna geriləyib.

Sputnik Azərbaycan xəbər verir ki, “Brent” markalı xam neftin bir barrelinin qiyməti ötən ilin oktyabrından indiyədək ən aşağı səviyyəyə düşüb. “Light” markalı neftin qiyməti də son 13 ayın minimumuna geriləyib.

Hazırda “Brent”in bir barreli Londonun ICE birjasında 58,80 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 50,42 dollara alıcı axtarır.

Ekspertlərin fikrincə, hazırda bazarda tədarük bolluğu davam edir və bu da qiymətin ucuzlaşmasına səbəb olur. Əgər Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr və Rusiya başda olmaqla digər qeyri-OPEC hasilatçılar dekabrda keçiriləcək toplantıda istehsalı yetərli səviyyədə azaltmasalar bazarda artan tədarük nəticəsində “qara qızıl”ın qiyməti daha da geriləyə bilər.

Əsas mövzular