20:26 18 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9292
Vergi Məcəlləsi

Nazir müavini vergi ödəyicilərinin narahatlığına son qoydu

© Sputnik / Murad Orujov
İQTİSADİYYAT
Qısa URL
15991 0 0

"Dövlət sektoru üzrə sosial sığorta haqlarının tətbiqi vəziyyəti bu gün mövcud olduğu kimi qalacaq"

BAKI, 16 noyabr-Sputnik. "Aktiv vergi ödəyicilərinin 65 faizi sadələşdirilmiş vergi ödəyiciləridir. Burada baş verən qanunsuzluqlar, işçilərin qeydiyyata alınmaması, əməkhaqlarının şəffaf göstərilməməsi nəticə etibarilə bu sahəyə güzəştlərin edilməsini önə çəkir". Sputnik Azərbaycan xəbər verir ki, bunu vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında çıxış edərkən deyib. 

Onun sözlərinə görə, təkliflərdə bu sahə üzrə güzəştlərin 7 il olması nəzərdə tutulur: "Hazırda müzakirələr gedir, ona görə də bu müddət dəyişə bilər. Dövlət müəssisələri, bütöv neft sektorunu mövcud qaydada olduğu kimi saxlayırıq. Yəni mövcud status qalır, əməkhaqqından gəlir vergisi 2500 manata qədər 14 faiz olacaq, 2500 manatdan yuxarı olduqda isə 25 faiz olacaq, 173 manatdan isə tutulmayacaq. Dövlət sektoru üzrə sosial sığorta haqlarının tətbiqi vəziyyəti də bu gün mövcud olduğu kimi qalacaq".

"Azərbaycanda özəl qeyri-neft sektoru üzrə 8000 manata qədər əməkhaqqından gəlir vergisinin tutulmamasını təklif edirik. Bu zaman yalnız sosial sığorta haqqı 26 faiz tətbiq olunacaq. Bu da işəgötürənlə işçi arasında bölüşdürüləcək" - deyə vergilər nazirinin birinci müavini bildirib.

Əlaqədar

Maliyyə naziri böyük vergi islahatının anonsunu verdi
İqtisadçı: “Gələn il vergi sahəsində böyük islahatlar aparılacaq”
Vergi islahatlarının əsas hədəflərindən biri kölgə iqtisadiyyatının şəffaflaşdırılmasıdır
Millət vəkili vergi sistemində inqilabi dəyişikliyin anonsunu verdi
Mikayıl Cabbarov inanılmaz vergi islahatlarından danışdı
Teqlər:
Milli Məclis, nazir müavini, ödəyici, vergi

Əsas mövzular