21:01 19 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0253
  • EUR1.9349
Neft nasosu, arxiv şəkli

"Qara qızıl"a gözünü dikən ölkələr üçün sıxıntılı dönəm yaxınlaşır

© REUTERS / Lucy Nicholson
İQTİSADİYYAT
Qısa URL
233 0 0

Ekspert xəbərdarlıq edir: "2019-cu ildə yüksək neft qiymətləri sadəcə istək olacaq"

BAKI, 13 noyabr — Sputnik. "Öncədən proqnozlaşdırığımız kimi, "Brent" markalı neftiin bir bareli hazırda 70 dollarlıq psixoloji həddindən aşağı təklif edilir. Birjalarda "qara qızıl"ın hər barelinə 69.40 dollar ödənilir".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə iqtisadçı alim Vüqar Bayramov öz "Facebook" səhifəsində yazıb. O, qeyd edib ki, şist neftinin hasilatını artıran ABŞ gündəlik 12 milyon bareldən çox hasilat ilə dünyada ən çox neft istehsal edən ölkəyə çevrilib.

"Digər tərəfdən, ABŞ-ın növbəti 6 ayda İran neftinin ixracatına tətbiq edilən sanksiyalarda 8 ölkəyə "yaşıl işıq" yandırması neft bazarında qiymətlərə birbaşa təsir göstərdi. ABŞ prezidenti bu addımı neftin dünya bazar qiymətindəki potensial artımların qarşısının alınması üçün atıldığını bildirib. Nümayəndələr Palatasında üstünlük əldə edən demokratlar da yüksək neft qiymətlərində heç zaman maraqlı olmayıblar" - deyə Bayramov vurğulayıb.

"Bu arada, analtik Cim Kramer CNBC kanalına müsahibəsində "Texas" markalı neftin hər barelinin qiymətinin 40, "Brent" markalı "qara qızıl"ın qiymətinin 50 dollaradək düşə biləcəyini deyib. Rusiya ilə yanaşı bir sıra digər ölkələrdə də neft hasilatının artması müşahidə edilir. Çin birjası isə, bahalı neft siyasətinə artıq reaksiyasını göstərib" - deyə qeyd edən ekspert bildirib ki, artıq neft ölkələri üçün bum dövrü geridə qalıb.

V.Bayramovun yazdığına görə, Parisdə yerləşən Beynəlxalq Enerji Akademiyasının rəhbəri yeni şoklardan yayınmaq üçün neft ölkələrini qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayırmağa çağırıb: "Elektrik avtomobillərinin qlobal bazarda möhkəmlənməsi faktı nəzərə alınmaqla, bu gün dünya neft bazarındakı dəyişikliklər, məhz yüksək neft qiymətlərində qlobal güclərin maraqlı olmadığından xəbər verir".

"Səudiyyə Ərəbistanın neft hasilatının azaldılması ilə bağlı çağrışı da, hətta tərəfdaşları tərəfindən tam dəstək qazana bilmir. Hər hansı ciddi siyasi faktorlar olmazsa, o zaman 2019-cu ildə də yüksək neft qiymətləri sadəcə istək olacaq. Bu isə, o deməkdir ki, neft ölkələrində yaxın gələcəkdə potensial xarıcı şokları yalnız qeyri-neft sektorunun inkişafı balanslaşdıra bilər" - alim əlavə edib.

Əlaqədar

Ekspert: “Birdən-birə neftdən asılılığı aradan qaldıra bilmərik”
ABŞ-dan Azərbaycan nefti ilə bağlı proqnoz gəldi
OPEC neftin qiymətini qaldırmağa hazırlaşır
İqtisadçı: “ABŞ neftin qiymətinin düşməsinə çalışır”
Teqlər:
Vüqar Bayramov, alim, ekspert, qiymət, neft

Əsas mövzular