15:58 17 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Elşad Məmmədov

MDB ölkələri üçün maraqlı təklif

© Sputnik / Murad Orujov
İQTİSADİYYAT
Qısa URL
63 0 0

Elşad Məmmədov: "Biz ümumi kapital, əmək və məhsul bazarları formalaşdırmalıyıq"

BAKI, 30 oktyabr — Sputnik. "Dünyadakı müasir iqtisadi çağırışlara adekvat cavab vermək üçün MDB ölkələrinin dövlət və qeyri-dövlət strukturlarının daha aktiv əməkdaşlığına ehtiyac var".

Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə UNEC-in professoru Elşad Məmmədov deyib. O, qeyd edib ki, bu gün dünya iqtisadiyyatında yeni texnoloji mərhələ formalaşır.

"Biz ümumi kapital, əmək və məhsul bazarları formalaşdırmalıyıq. Bundan başqa, elmi əməkdaşlığın genişləndirilməsinı ehtiyac var. Bunun üçün elmi analitik və ekspert şurasının yaradılması məqsədəuyğun olardı" - professor bildirib.

"Yeni iqtisadi çağırışlar bizdən adekvat reaksiya tələb edir. Bizim dövlətlərin ixracının əsasını xammal təşkil edir. Lakin bu, uzunmüddətli davam edə bilməz. Bunun üçün də bizim dövlətlər öz iqtisadiyyatlarını diversifikasiya etməlidir" - E.Məmmədov əlavə edib.

Əlaqədar

MDB-nin icraçı katibi: "Əliyevlə Paşinyanın görüşü Qarabağda gərginliyi azaltdı"
MDB-də iqtisadi vəziyyət necədir
Türkiyəli məşhur fırıldaqçının gəlir mənbəyi açıqlandı: MDB ölkəsi də var
Teqlər:
professor, Elşad Məmmədov, dövlət, MDB

Əsas mövzular