10:25 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər

Tarixi gün çatdı: Əliyevlə Ərdoğan nəhəng layihəni işə salacaqlar

© AFP 2018 / ADEM ALTAN
İQTİSADİYYAT
Qısa URL
13293 0 0

SOCAR-ın 6,3 milyard dollar kapitalla inşa etdiyi "Star" Neft Emalı Zavodunda avqustdan etibarən sınaq məqsədilə xam neft emalına başlanılıb

BAKI, 19 oktyabr — Sputnik. Bu gün Türkiyənin İzmir şəhərində "Star" Neft Emalı Zavodunun açılış mərasimi keçiriləcək. Sputnik Azərbaycan Türkiyə prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həmçinin hər iki ölkənin hökumət rəsmiləri, xarici qonaqlar iştirak edəcəklər.

Hər iki ölkə prezidentinin qatılacağı açılış mərasimi Bakı vaxtı ilə saat 15:30-da başlayacaq. Bakı vaxt ilə saat 17:00-da isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevlə görüş keçirəcək.

Qeyd edək ki, "Star" zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. SOCAR-ın 6,3 milyard dollar kapitalla inşa etdiyi "Star" Neft Emalı Zavodunda avqustdan etibarən sınaq məqsədilə xam neft emalına başlanılıb.

Bura ilk neft yükü məhz Azərbaycandan olmaqla 80 min ton "Azeri Light" markalı neft çatdırılıb. SOCAR-ın ötən ay "Rosneft"lə imzaladığı razılaşmaya görə isə, bu ilin dekabr ayından etibarən bir il ərzində "Star" zavodu Rusiyanın 1 milyon ton xam nefti ilə təchiz olunacaq.

"Star" Neft Emalı Zavodunda hər il 10 milyon ton xam neft emal ediləcək. Zavodda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton azkükürdlü dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilen və 160 min ton kükürd istehsal olunacaq. Zavod tam gücü ilə gələn ilin yanvar ayından etibarən fəaliyyət göstərəcək.

"Star" Azərbaycana valyuta axınını təmin edəcək müəssisə olmaqla yanaşı, Türkiyənin dövlət büdcəsinə hər il 1,5 milyard dollarlıq töhfə verəcək. Belə ki, zavod "Petkim" neft-kimya kompleksinin nafta və qarışıq ksilenə olan tələbatını tam ödəyəcək. Zavod ildə 1,6 milyon ton təyyarə yanacağı istehsal etməklə Türkiyənin tələbatını tam ödəyəcək. "Star" neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq.

Əlaqədar

Ekspert: “Noyabrda neftin qiyməti 90 dolları keçə bilər”
Neft bazarı stabilliyi sevir, çünki istənilən gərginlik qiymətlərin artmasına səbəb olur
Neftin qiymətləri niyə qalxır və bizi nə gözləyir?!
Neft nə vaxta kimi bahalaşmağa davam edəcək - Ekspert şərhi
Teqlər:
"Star" Neft Emalı Zavodu, İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan, Türkiyə, Azərbaycan, açılış mərasimi, prezident

Əsas mövzular