04:36 18 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Milli Məclisin binası

Deputat sədri sərt tənqid etdi: "Özünə 65 min manat maaş yazdırmışdı"

© Sputnik / Murad Orujov
İQTİSADİYYAT
Qısa URL
504 0 0

Vahid Əhmədov: "Rəhbərlikdə normal insan olanda normal danışmaq olur"

BAKI, 8 oktyabr — Sputnik. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçiriləın iclasında millət vəkili Vahid Əhmədov Maliyyə Bazarlarına Nəzarət Palatasının keçmiş Direktorlar Şurasının sədri Rüfət Aslanlını sərt tənqid edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Sputnik Azərbaycan xəbər verir ki, millət vəkili bu yaxınlarda dövlət başçısının fərmanı ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının ləğv edildiyini deyib: "Palata iki ildir ki, fəaliyyət göstərir, ancaq son 6 ayda fəaliyyətində dirçəlmə baş verdi. Bu da İbrahim Alışovla bağlıdır. Elə vaxt olur ki, həftədə iki-üç dəfə İbrahim müəllimlə danışıram".

Millət vəkili bildirib ki, yeni rəhbərliklə müəyyən məsələləri müzakirə edə bilirlər: "Rəhbərlikdə normal insan olanda normal danışmaq olur. Yoxsa Rüfət Aslanlı özünə 65 min manat maaş yazdırmışdı. Dövlət başçısı onunla bağlı düzgün qərar verdi".

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsinin Direktorlar Şurası ləğv olunub. Bu məsələ Prezident İlham Əliyevin oktyabrın 4-də təsdiqlədiyi Palatanın yeni nizamnaməsində öz əksini tapıb. Nizamnaməyə görə, MBNP-nin idarəetmə orqanı İdarə Heyətidir. Bundan əvvəlki nizamnamədə isə qurumun idarə edilməsi İdarə Heyəti ilə yanaşı Direktorlar Şurasına həvalə edilmişdi.

Əlaqədar

İlin sonunadək maliyyə bazarımızda nə baş verəcək - Xarici və daxili gözləntilər
Maliyyə Monitorinqi Xidməti ilə bağlı vacib qərar verildi
Maliyyə naziri zərurətləri açıqladı
Azərbaycanın bir sıra ölkələrdəki səfirliklərində maliyyə nöqsanları aşkarlanıb - RƏSMİ
Teqlər:
Rüfət Aslanlı, sədr, Direktorlar Şurası, Maliyyə Bazarlarına Nəzarət Palatası, millət vəkili Vahid Əhmədov, Milli Məclis

Əsas mövzular