02:33 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0257
  • USD1.7000
  • EUR1.9635
Manat və dollar

Mərkəzi Bankın mövqeyi aydın oldu: Manat bahalaşmayacaq

© Sputnik / Murad Orujov
İQTİSADİYYAT
Qısa URL
231 0 0

"Ölkəmizdə dollara tələbin yenidən dekabr ayında artacağı gözlənilir"

BAKI, 4 oktyabr — Sputnik. "Valyuta və eləcə də dünya bazarındakı son dəyişikliklər barədə daha çox müzakirə edilən məsələlər kursun, o cümlədən qiymətin necə dəyişməsi ilə bağlıdır. Belə ki, bu ilin sentyabr ayında Azərbaycanda keçirilən valyuta hərraclarında 394,8 milyon dollar satılıb. Avqust ayında Dövlət Neft Fondu valyuta bazarına 733,7 milyon dollar satmışdı. Deməli, dollara tələb sentyabrda əvvəlki aya nisbətən 46.2 faiz azalıb".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov öz "Facebook" səhifəsində yazıb. O, qeyd edib ki, sentyabrda dollar satışının azalması avqust ilə müqayisədə idxala tələbin aşağı düşməsi ilə bağlıdr. Belə ki, avqust ayında yeni tədris ilinin başlanması ilə bağlı olaraq idxal artır və sahibkarlar sentyarbda əsasən idxal etdikləri məhsulları realizə edirlər.

"Eyni zamanda, Rusiya valyuta bazarındakı stabillik də Azərbaycanda dollara olan tələbin yumşalmasına təsir göstərdi. Sentyabrın 10-da 1 dollar almaq üçün 70 rubl ödəmək lazım idisə, ötən ayın 30-da bu göstərici 65 rubladək azaldı. Bu isə Azərbaycanın valyuta bazarında yığım məqsədli xarici valyuta tələbini aşağı salıb. Neftin dünya bazar qiymətinin yüksək olmasına rəğmən ölkəmizdə dollara tələbin yenidən dekabr ayında artacağı gözlənilir. Bu, maliyyə ilinin sonuncu ayı olması səbəbindən dövlət və özəl qurumların xarici borc öhdəliklərinin yerinə yetirməsi, idxalda və büdcə xərcləmələrində gözlənilən artımlar və xarici səfərlərin sayının artması ilə bağlıdır" — deyə Bayramov bildirib.

O, yüksək neft qiymətləri fonunda manatın möhkəmlənmə ehtimalına da toxunub: "Manatın məzənnəsinin müəyyənləşməsində Mərkəzi Bank aparıcı mövqeyini qoruyub saxlayır. Deməli, kursun necə dəyişməsi birbaşa Mərkəzi Bankdan asılı olacaq. Amma baş bankın son açıqlamalarından görünür ki, Mərkəzi Bank manatın məzənnəsinin möhkəmlənməsində maraqlı deyil. Sözügedən bank mövcud kursu qoruyub saxlamağa çalışır. O baxımdan, neftin qiymətinin yüksək olmasına baxmayaraq, manatın möhkəmlənməsinin hələlik Mərkəzi Bankın gündəliyində olmadığı anlaşılır".

Ekspertin fikrincə, neftin qiymətinin son artımları İrana qarşı tətbiq edilən sanksiyalar fonunda, OPEC+ formatının son toplantıda hasilatın daha da artırılmasına dair razılıq əldə edə bilməməsi ilə əlaqədardır: "Eyni zamanda, sentyabrda hasilatı avqust ayı ilə müqayisədə kəskin artıracağı ilə bağlı vədlərinə baxmayaraq, Səudiyyə Ərəbistanı neft ixracatını gündəlik cəmi 50 min barel artırıb. Bu müddətdə OPEC ölkələri üzrə ümumi gündəlik artım cəmi 90 min bareldir. Bu isə karterin sentyabr ayında gündəlik 32.85 million barel neft hasil etməsi deməkdir".

"Digər tərəfdən, İran və Veneseulada neft ixracatı azalmaqdadır. İranın neft ixracatında ötən ay gündəlik 100 min barel azalma qeydə alınıb. Bu isə, o deməkdir ki, İrana tətbiq edilən genişləndirilmiş sanksiyalar fonunda neftə olan qlobal tələbi tam ödəməkdə çətinliklər qalmaqdadır. Bu isə neftin qiymətindəki artımları şərtləndirir. Tramp Administrasiyası da hələlik neftin qiymətindəki artımları əngəlləməkdə maraqlı görünmür. Əslində, ABŞ İrana yeni sanksiya tətbiq etməklə qiymət artımlarını təşviq edib" — V.Bayramov vurğulayıb.

Ekspert qeyd edib ki, mövcud senarilərə uyğun olaraq neftin qiyməti noyabrın 5-dən sonra İrana qarşı tətbiq edilən sanksiyaların ikinci mərhələsindən asılı olacaq: "ABŞ İrandan neft idxal edən ölkələrə sanksiya tətbiq edərsə, o zaman neftin qiymətində yeni sıçrayış ola bilər. Bu, dünya bazarından gündəlik 1.1 milyon barel neftin çəkilməsi deməkdir. Bununla belə, orta və uzun müddətli dövr üçün neft bazarında yüksə qiymətlər proqnozlaşdırılmır. Güman olunur ki, dekabrdan başlayarq OPEC bazara daha çox neft çıxara biləcək və bu da tələbin tənzimlənməsinə imkan verəcək. Digər tərəfdən, noyabrda ABŞ-da keçiriləcək aralıq seçkilərin nəticələri neft bazarında qiymətin necə dəyişəcəyinə birbaşa təsir göstərəcək".

Əlaqədar

Manat günə yeni məzənnə ilə başladı
Mərkəzi Bank manatın yeni məzənnəsini açıqladı
Dövlət başçısından manat müjdəsi: Növbəti devalvasiya təhlükəsi aradan qalxır
Manatın yeni məzənnəsi açıqlandı
Teqlər:
tələb, bazar, bank, Vüqar Bayramov, ekspert, qiymət, neft, dollar, manat, valyuta

Əsas mövzular