09:50 14 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0250
  • EUR1.9190
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Dövlət başçısı sahibkarlığın inkişafı üçün mühüm qərar verdi

© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
İQTİSADİYYAT
Qısa URL
561 0 0

Prezident İlham Əliyev Ələt azad iqtisadi zonası ilə bağlı yeni qərar verdi

BAKI, 18 sentyabr — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Ələt azad iqtisadi zonasının inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncama əsasən, İşçi qrupu müvafiq sahədə nüfuzlu beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə on ay müddətində Azad Zonanın təkmilləşdirilmiş mərhələli inkişaf konsepsiyasını və onun həyata keçirilməsinin ətraflı planını, Azad Zona ərazisinin zonalaşdırılması barədə təkliflərini, ətraf mühitin mövcud vəziyyəti barədə məlumatları və digər məsələləri hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etməlidir.

İşçi qrupun rəhbəri

Valeh Ələsgərov — Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini

İşçi qrupun üzvləri

Samir Nuriyev — Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sədri

Kərəm Həsənov — Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri

Əli Abdullayev — Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini

Azər Bayramov — Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Niyazi Səfərov — Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Rauf Hacıyev — Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Süleyman Mikayılov — Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı

Saleh Məmmədov — Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri

Qorxmaz Hüseynov — “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri

Balababa Rzayev — “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

Cavid Qurbanov — “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri

Taleh Ziyadov — “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru

Vüqar Əhmədov — “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini

Əkbər Hacıyev — “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru.

Əlaqədar

İlham Əliyev tikinti ilə bağlı taleyüklü qərara imza atdı
"PSJ" dünyada ilkə imza atacaq
Gənc nazir kardinal dəyişikliyə imza atdı
Sumqayıt Texnologiyalar Parkı daha bir ilkə imza atıb

Əsas mövzular