17:44 26 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
976910

"Azərbaycanda illik 8-10 faizlik iqtisadi artıma və 1-2 faizlik, uzağı 3 faizlik inflyasiya göstəricilərinə nail olmaq mümkündür"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 3 avqust — Sputnik. Azərbaycanda orta illik inflyasiya qarşıdakı üç ildə azalaraq, 2021-ci ildə 3,1 faizə enəcək. Bu barədə dövlət başçısının 24 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyada qeyd edilib.

2017-2021-ci illər üzrə əsas makroiqtisadi göstəricilərin proqnozuna əsasən, orta illik inflyasiya 2018-ci ildə 6,1%, 2019-cu ildə 4,7%, 2020-ci ildə 3,3% təşkil edəcək. Ötən il orta illik inflyasiya 12,9% olub.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov inflyasiyanın azalma məsələsini Sputnik Azərbaycan-a şərh edib. O deyib ki, Azərbaycanda 2017-ci ilin əvvəlindən başlayaraq inflyasiya azalmaqdadır.

Transxəzər nəqliyyat dəhlizinin perspektivlərinə həsr olunmuş dəyirmi masa
© Sputnik / Murad Orujov
Dövlət İqtisadiyyat Universitetinin professoru Elşad Məmmədov

"Amma ölkəmizdə inflyasiya kəskin şəkildə pul kütləsinin azaldılması və sərt pul-kredit siyasətinin həyata keçirilməsi yolu ilə azalıb. Yəni sərt pul-kredit siyasəti, pul kütləsinin, iqtisadiyyata kredit qoyuluşunun, investisiyanın azaldılması yolu ilə inflyasiyanın aşağı endirilməsi uzunmüddətli və strateji siyasət kimi qəbul oluna bilməz. Çünki investisiyaların azalması öz növbəsində iqtisadiyyatda innovasiyanın azaldılmasına və texnoloji geriləməyə səbəb olur" — ekspert bildirib.

"Bu da son nəticədə daha uzunmüddətli dövrdə yenə də texnoloji geriləməyə, devalvasiyaya və öz növbəsində inflyasiyaya səbəb olur. Yəni uzunmüddətli perspektivdə sərt pul-kredit siyasətinin həyata keçirilməsi nə iqtisadi artım, nə də inflyasiyanın azaldılması üçün müsbət şəkildə çıxış etmir" — deyə o, əlavə ediib.

Professorun fikrincə, bu ilin əvvəlindən başlayaraq pul-kredit siyasətinin nisbətən yumşaldılması, Mərkəzi Bank tərəfindən faiz dərəcələrini yumşaldılması siyasəti daha ardıcıl və kəskin şəkildə davam etdirilməlidir: "Pul-kredit siyasəti məhz bir göstərici, yəni Mərkəzi Bankın uçot dərəcəsi göstəricisi ilə həyata keçirilməməlidir. Pul-kredit siyasəti daha diferensiallaşmış və yumşaldılmış, iqtisadiyyatın hər bir sferası üçün ayrıca faizlərin formalaşdırılması şəraiti ilə həyata keçirilmiş bir siyasətdən ibarət olmalıdır".

E.Məmmədov hesab edir ki, digər tərəfdən Mərkəzi Bankın inflyasiyanın targetləşdirilməsinə ünvanlanmış siyasətinə də ciddi şəkildə yenidən baxılmalıdır: "Çünki Beynəlxalq Valyuta Fondunun tövsiyələri əsasında həyata keçirilən bu targetləşmə siyasəti uzunmüddətli perspektivdə inflyasiyanın azaldılmasına xidmət etmir və iqtisadi artımın inkişafına mane olur. Hesab edirəm ki, Mərkəzi Bankın siyasətində yumşalma daha ardıcıl və kəskin şəkildə davam etdirilməlidir".

"Azərbaycanda orta illik inflyasiyanın 2021-ci ildə 3,1 faizə endirilməsi zəruri məsələdir. Lakin bunun reallaşması üçün Mərkəzi Bank və aidiyyatı qurumlar pul-kredit siyasətinin yumşaldılmasına və iqtisadi artıma səbəb olan iqtisadi siyasətin həyata keçirilməsinə nail olmalıdır" — müsahibimiz vurğulayıb.

Ekspertin qənaətincə, Azərbaycanda illik iqtisadi artımın 8-10 faizədək artırılması mümkündür: "Bunun üçün ilk növbədə düşünülmüş pul-kredit siyasəti, ardınca büdcə-vergi siyasəti, sənaye və texniki siyasət və bütövlükdə makroiqtisadiyyatın idarə edilməsi siyasəti həyata keçirilməlidir. Azərbaycanda innovasiyalara söykənən iqtisadi artıma nail ola bilsək, illik 8-10 faizədək iqtisadi artım mümkündür".

İqtisadçının qənaətincə, belə olan halda inflyasiya avtomatik olaraq düşəcək: "Çünki son 20-25 ildə Azərbaycanda inflyasiyanın təbiəti onu göstərir ki, ölkəmizdə tələbat sahəsinin inflyasiyası yox, təklif sahəsinin inflyasiyası var. Təklif sferasında, yəni tədavül, istehsal sferasında olan problemlər aradan qaldırılsa, kifayət qədər yerli məhsulun istehsalına nail ola bilsək, Azərbaycanda inflyasiya 1-2 faizdən çox olmayacaq. Ortamüddətli perspektivdə Azərbaycanda illik 8-10 faizlik iqtisadi artıma və 1-2 faizlik, uzağı 3 faizlik inflyasiya göstəricilərinə nail olmaq mümkündür".

Əlaqədar

İnflyasiya 15 illik maksimuma çatdı, dollar yüksəldi
AMB sədrindən inflyasiya sözü: Bu il...
BVF-dən ümidverici proqnoz: Azərbaycanda inflyasiya faizi düşəcək
Bayramov: “İnflyasiyanın iki rəqəmli olması qiymət artımları ilə bağlıdır”
Millət vəkili: "İnflyasiya nəzərə alınmalıdır"
Teqlər:
Elşad Məmmədov, rəqəm, faiz, professor, pul, ekspert, Mərkəzi Bank, kredit, inflyasiya, Azərbaycan, siyasət

Əsas mövzular