Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert ucuzlaşan rublun Azərbaycana nə vəd etməsindən danışır

© Sputnik / Iliya Pitalev / Mediabanka keçidРублевые купюры разного достоинства
Рублевые купюры разного достоинства - Sputnik Azərbaycan
Abunə olmaq
"Rusiyanın maliyyə bazarlarında spekulyativ investorların mövcudluğu uzun müddətdir müşahidə edilir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 24 avqust — Sputnik. "Rusiyada iqtisadi vəziyyətin Azərbaycana təsiri bilavasitədir. Bu məsələlər ilə bağlı ölkəmizdə ciddi şəkildə düşünülmüş iqtisadi siyasət aparılmalıdır. Çünki Rusiya Azərbaycanın qeyri-neft sektorunda ən mühüm ticarət tərəfdaşıdır və bu ölkənin iqtisadiyyatında baş verən proseslərin Azərbaycan iqtisadiyyatına təsiri sözsüzdür".

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov rublun ucuzlaşmasından danışarkən deyib.

Рубль и доллар, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Daha bir qonşumuzun valyutası çökür

Onun sözlərinə görə, hazırda Rusiyada baş verən proseslər maliyyə və fond bazarında, eyni zamanda Rusiya Mərkəzi Bankın siyasətində olan problemlərlə bağlıdır: "Rusiyanın maliyyə bazarlarında spekulyativ investorların mövcudluğu uzun müddətdir müşahidə edilir. Bu spekulyativ investorlar Rusiyanın maliyyə bazarlarını çox rahatlıqla çalxalayır".

Ekspert bildirib ki, Rusiyanın xarici ticarətində müsbət saldo var: "Türkiyədən fərqli olaraq Rusiyanın xarici ticarətində, tədiyyə balansında çox ciddi müsbət saldo mövcud olmalıdır. Çünki Rusiyanın ixracı idxalını xeyli dərəcədə üstələyir. Lakin maliyyə bazarlarında maliyyə axınlarına lazımi səviyyədə nəzarət olmur və Rusiyadan böyük rəqəmlərlə ifadə olunan kapital axınına hökumət müdaxilə etmir. Bu da Rusiyanın xarici ticarətdə çox ciddi müsbət saldosuna baxmayaraq, rublun tez-tez volatiliyə, spekulyativ investorların təsirinə məruz qalmasına səbəb olur".

Professorun sözlərinə görə, ABŞ-ın son sanksiyaları qısamüddətli investorlara aid deyil: "Sanksiyalar, əsasən, uzunmüddətli, yəni Rusiya iqtisadiyyatının real sektoruna yönəlik investorlara tətbiq edilib. Bu da o deməkdir ki, ABŞ elə bu sanksiyalarla spekulyativ, qısamüddətli investisiyaların Rusiya iqtisadiyyatına axınına mane olmur. Bu da ABŞ-a ona görə lazımdır ki, Rusiyanın maliyyə və fond bazarlarını çalxalasın".

"Əgər düşünülmüş və adekvat makroiqtisadi siyasət Rusiyada həyata keçirilsə, rublun stabilliyini təmin etmək mümkündür" — deyə o əlavə edib.

Rublun ucuzlaşmasının Azərbaycana təsirinə gəlincə professor bildirib ki, Azərbaycanda xarici ticarətdə çox ciddi müsbət saldo var: "Ümumiyyətlə, tədiyyə balansında da müsbət saldo müşahidə olunur. O baxımdan, manatın stabilliyini təmin etmək mümkündür. Burada əsas problem Azərbaycanda da mümkün və mövcud olan kapital axını ilə bağlıdır. Bunun da qarşısını almaq üçün Azərbaycan hökumətinin və Mərkəzi Bankın kifayət qədər alətləri var. Düşünülmüş siyasət həyata keçirilərsə, Azərbaycan iqtisadiyyatından kapital axınının qarşısını almaq mümkündür".

Ekspertin qənaətincə, digər bir problem də idxal ilə bağlıdır: "Qonşu ölkələrdə və Rusiya kimi qeyri-neft sektoru üçün əsas ticarət tərəfdaşlarında o ölkələrin milli valyutasının zəifləməsi idxalı stimullaşdıra bilər. Bu da Azərbaycanda real və qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi baxımından müəyyən problemlərə səbəb ola bilər".

Рубль и доллар, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Rubl və lirə sürətlə ucuzlaşır

E.Məmmədovun sözlərinə görə, burada iki yol var: "Birinci yol milli valyutanın düşünülmüş şəkildə bir qədər zəiflədilməsidir ki, bunun vasitəsi ilə ölkənin real sektorunun, o cümlədən ixrac potensialının inkişafına nail olmaqdır. Bu yol bir çox ölkələrdə tətbiq edilir. Lakin Azərbaycanın daxili bazarının, ilk növbədə istehlak bazarının idxaldan asılılığının yüksək olduğunu nəzərə alaraq ölkəmiz üçün bu yol o qədər də məqbul sayıla bilməz. İkinci yol isə idxal ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqidir. Bunlar vasitəsilə Azərbaycanın real istehsal, qeyri-neft sektorunu dəstəkləyə bilərik".

Professor hesab edir ki, yaxın müddətli perspektivdə hökumət, Azərbaycanın real istehsal sektorunun, ilk növbədə qeyri-neft sektorunun dəstəklənməsi, stimullaşdırılması üçün gömrük ilə bağlı müəyyən tarif və qeyri-tarif məhdudiyyətlərin tətbiq olunmasına getməli olacaq.

Xəbər lenti
0