12:51 20 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9459
Pekində parlament binası üzərində Çin bayrağı, arxiv şəkli

Çin ABŞ-la "müharibəyə" qarşılıq verdi, cavab addımları atılır

© AP Photo / Andy Wong
İQTİSADİYYAT
Qısa URL
504801

Çin tərəfi də Amerikadan idxal olunan 16 milyard dollarlıq malın rüsumunu 25 faiz artırır

BAKI, 23 avqust — Sputnik. Çinin ABŞ-a cavab həmləsi özünü çox gözlətmədi. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Çin ABŞ-dan gətirilən məhsullara 25 faiz vergi tətbiq edib.

Bundan əvvəl ABŞ Çindən idxal olunan 16 milyard dollarlıq malların rüsumunu 25 faiz artırıb. Çin dərhal ABŞ-ın bu addıma qarşılıq verib. Belə ki, Çin tərəfi də Amerikadan idxal olunan 16 milyard dollarlıq malın rüsumunu 25 faiz  artırır.

Daha əvvəl, ÇXR hökuməti ABŞ hərəkətlərinə cavab olaraq etirazını bildirmişdi. Çin rəsmiləri cavab tədbiri görmənin lazım olduğunu qeyd etmişdilər, rəsmi Pekin isə Birləşmiş Ştatların yeni idxal rüsumları ilə əlaqədar Ümumdünya Ticarət Təşkilatına etiraz etmişdi.

"Çin tərəfi bu addıma qarşı öz etirazını bildirir və atılan addımları cavabsız qoymayacaq" — deyə Çin Xalq Respublikasının Ticarət Nazirliyindən bildirilmişdi.

Teqlər:
iqtisadi müharibə, Ümumdünya Ticarət Təşkilatı, vergi, rüsum, ABŞ, Çin

Əsas mövzular