05:56 27 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630
İQTİSADİYYAT
Qısa URL
365 0 0

ABŞ-ın İrana qarşı tətbiq etdiyi yeni sanksiyalar neftin qiymətlərinə təsir edib

BAKI, 7 avgust — Sputnik. ABŞ-ın İrana qarşı tətbiq etdiyi yeni sanksiyalar neftin qiymətlərinə təsir edib. Sputnik Azərbaycan "Mehr" xəbər agentliyinə istinadən bildirir ki, Londonun ICE birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 13 sent artaraq 73.88 dollara yüksəlib. Nyu-Yorkun NYMEX birjasında Qərbi Texas neftinin (WTI) bir barelinin qiyməti isə 1 sent artaraq 69.02 dollara çatıb.

ABŞ prezidenti Donald Trampın nüvə müqaviləsindən birtərəfli olaraq çəkilməsindən sonra sanksiyaların ilk mərhələsi bu gün qüvvəyə minib. ABŞ-ın avropalı müttəfiqləri, Çin və Hindistan da daxil olmaqla bir çox ölkə İrana qarşı yeni sanksiyalara qarşı çıxır, ancaq ABŞ rəhbərliyi müttəfiqlərindən İrandan neft almağı dayandırmalarını istəyir.

İran iyul ayında gündə təxminən 3 milyon barel neft ixrac edib.

Qeyd edək ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,63 dollar bahalaşaraq 75,15 dollar təşkil edib.

Əlaqədar

Daha bir qonşumuz neft ölkəsi ola bilər
İran neft hasilatını azaltmağa məcburdur - Ekspert şərhi
Azərbaycanın neft və qaz ehtiyatları açıqlandı
Neftin qiyməti 150 dollardan baha olacaq
Teqlər:
qiymət, neft, sanksiya, İran, ABŞ

Əsas mövzular