22:23 17 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Ələt qəsəbəsindəki Bakı beynəlxalq dəniz ticarət limanı kompleksi

Abdikərimov: “Transxəzər paralel inkişaf layihəsidir

© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
İQTİSADİYYAT
Qısa URL
244 0 0

Sputnik Mətbuat Mərkəzində ekspertlər Azərbaycan və Qazaxıstan nəqliyyat qurumlarının əməkdaşlığını, ölkələrin logistika sahəsində potensialını müzakirə ediblər

BAKI, 20 iyul — Sputnik. Transxəzər nəqliyyat dəhlizinin böyük potensialı var və bu layihə Azərbaycan və Qazaxıstanı yüksək servis təqdim edən və qitələri birləşdirə biləcək logistika qovşaqlarına çevirə bilər.

Bunu Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzində təşkil olunan dəyirmi masada Qazaxıstan Dəmir yolları regional nümayəndəliyinin rəhbəri Qaydar Abdikərmiov bildirib.

Transxəzər nəqliyyat dəhlizinin perspektivlərinə həsr olunmuş dəyirmi masa
© Sputnik / Murad Orujov
Qazaxıstan Dəmir yolları regional nümayəndəliyinin rəhbəri Qaydar Abdikərmiov

O, hazırda Avropa və Asiya arasında ticarət dövriyyəsinin 750 milyard dollar olduğunu və bunun durmadan artığını qeyd edib və Mərkəzi marşrutun perspektivlərindən danışıb: "Əgər Avropa və Asiya arasında üç marşrutun – Şimali, Mərkəzi və Cənubi marşruta bu ticarət dövriyyəsindən 10% cəlb oluna bilsəydi, bu artıq yaxşı olardı".

Bu zaman ekspert vurğulayıb ki, bu marşrutlar hansısa ölkədən yan keçmək üçün deyil, paralel inkişaf üçündür. Abdikərimov qeyd edib ki, məhz Azərbaycan və Qazaxıstan bu marşrutun əsasında dayanır və hazırda bu layihəyə artıq 8 ölkə maraq göstərir.

"Biz birlikdə inkişaf edirik. Qazaxıstanın nəqliyyat sahəsində layihələri, beynəlxalq bərə daşımalarının Kurık limanına köçürülməsi, Ələt limanı, Qara dəniz limanlarına çıxış əldə etmədə effektli olacaq. Bizi Türkiyəyə çıxaracaq "Bakı-Tbilisi-Qars" dəmiryolu xüsusi əhəmiyyət malikdir” – deyə Abdikərimov bildirib.

Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının (Ələt Limanı) satış və marketinq departamentinin rəhbəri Məmməd Həmidov da Qazaxıstan və Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişafını xüsusilə vurğulayıb.

Transxəzər nəqliyyat dəhlizinin perspektivlərinə həsr olunmuş dəyirmi masa
© Sputnik / Murad Orujov
Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının (Ələt Limanı) satış və marketinq departamentinin rəhbəri Məmməd Həmidov

O, qeyd edib ki, ölkələr arasında konteyner daşımalarında artım müşahidə olunur. Onun sözlərinə görə, 2017-ci ilin birinci yarım ili ilə müqayisədə konteyner dövriyyəsi iki dəfədən çox artıb: "Ötən ilin birinci yarım ilində 1863 ədəd konteyner daşınmışdısa, hazırda bu ilin analoji dövründə göstərici 3949 ədədə çatıb. Bu Transxəzər dəhlizi üzrə koordinasiya komitəsi, qazaxıstanlı həmkarlarımızla koordinasiyalı işimizin nəticəsidir".

Həmidov vurğulayıb ki, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının tranzit potensialı ildə 100 min konteyner və 15 milyon ton yükdür. Limanın 11 yan alma yeri, o cümlədən böyük həcmdə olmayan yüklər üçün müvafiq infrastruktura ilə təchiz olunan yan alma yeri var.

Transxəzər nəqliyyat dəhlizinin perspektivlərinə həsr olunmuş dəyirmi masa
© Sputnik / Murad Orujov
Transxəzər nəqliyyat dəhlizinin perspektivlərinə həsr olunmuş dəyirmi masa

O, limanın perspektivlərində danışarkən qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən sonra onların gözləntiləri daha da artıb.

Həmidov eyni zamanda Bakı limanında azad iqtisadi zonasının yaradılmasınıın vacibliyini vurğulayaraq bunun da yük dövriyyəsinə öz töhfəsini verəcəyini vurğulayıb. Şöbə müdirinin sözlərinə görə, həm ölkədə, həm də regionda azad iqtisadi zonanın yaradılmasına və fəaliyyətinə böyük ehtiyac var.

Transxəzər nəqliyyat dəhlizinin perspektivlərinə həsr olunmuş dəyirmi masa
© Sputnik / Murad Orujov
Dövlət İqtisadiyyat Universitetinin professoru Elşad Məmmədov

Öz növbəsində Dövlət İqtisadiyyat Universitetinin professoru Elşad Məmmədov da regionunun yüksək nəqliyyat potensialını vurğulayıb: "Regionun nəqliyyat potensialı böyükdür və davamlı rəqabət imkanı var".

Məmmədov eyni zamanda Transxəzər marşrutunun keçdiyi ölkələrdə istehsalın inkişaf etdirilməsinin vacibliyini və uğurlu coğrafi yerləşmə və uğurlu əməkdaşlıqdan istifadə etməyin vacibliyini qeyd edib.

Onun fikrincə, bundan əlavə nəqliyyat sahəsinə blokchain də daxil olmaqla yüksək texnologiyaların tətbiqi ilə bütün proseslərin sürətlənməsinə nail olmaq olar: "Yalnız tranzit və nəqliyyat xidmətlərinin təklif olunması ilə kifayətlənmək olmaz, istehsalatı inkişaf etdirmək lazımdır. Daha effektiv nəticəyə nail olmaq üçün ölkələrə makroiqtisadi siyasəti sinxronlaşdırmaq lazımdır".

Əsas mövzular