22:59 12 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0252
  • EUR1.9245
Amerikanın 100 dolları, arxiv şəkli

Tələbat artacaq, qiymət 100 dolları keçəcək

© Sputnik / Natalya Seliverstova
İQTİSADİYYAT
Qısa URL
48510

Əsas artım ABŞ, Kanada, Braziliya, Avstraliya, Qazaxıstan və Böyük Britaniya, azalma isə Meksika, Çin və Norveç üzrə müşahidə olunacaq

BAKI, 11 iyul — Sputnik. Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) dünyada neftə gündəlik tələbatın həcminin 1,45 mln. barrel artacağını proqnozlaşdırır.

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilir.

Sənədə əsasən, həmçinin OPEC-dən kənar ölkələrdən gündəlik neft təklifinin həcminin 2,1 mln. barrel artması gözlənilir.

“Neft tədarükündə əsas artım ABŞ, Kanada, Braziliya, Avstraliya, Qazaxıstan və Böyük Britaniya, azalma isə Meksika, Çin və Norveç üzrə müşahidə olunacaq”, — deyə hesabatda qeyd olunub.

Xatırladaq ki, bir qədər əvvəl İranın OPEC-dəki nümayəndəsi Hüseyn Kazempur Ərdəbili bildirib ki, ABŞ prezidenti Donald Trampın hərəkətləri neftin qiymətinin 100 dollar/barrelə kimi artmasına səbəb ola bilər.

Teqlər:
100 dollar, qiymət, tələbat, neft, OPEC

Əsas mövzular