Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İlham Əliyev: "Ölkəmiz mühüm Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizinə çevrilir"

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Finlandiyanın xarici ticarət və inkişaf naziri xanım Anne-Mari Viroleyninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Finlandiyanın xarici ticarət və inkişaf naziri xanım Anne-Mari Viroleyninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan prezidenti Finlandiyanın xarici ticarət və inkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

BAKI, 5 iyul — Sputnik. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyulun 5-də Finlandiyanın xarici ticarət və inkişaf naziri xanım Anne-Mari Viroleyninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, prezident Finlandiyanın xarici ticarət və inkişaf naziri xanım Anne-Mari Viroleyninin Azərbaycana səfərinin ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlıq, o cümlədən ticarət dövriyyəsinin artırılması ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi və bunun üçün geniş potensialın mövcud olduğunu vurğulayıb.

İlham Əliyev və Aleksandr Lukaşenko - Sputnik Azərbaycan
SİYASƏT
İlham Əliyev belaruslu həmkarını təbrik etdi

İlham Əliyev nəqliyyat dəhlizi sahəsində də əməkdaşlığın önəm daşıdığını bildirərək qeyd edib ki, Azərbaycan hazırda tərəfdaş və qonşu ölkələr arasında nəqliyyat bağlantısının yaradılması işinə fəal sürətdə investisiya qoyur və ölkəmiz mühüm Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizinə çevrilməkdədir. Şimal-Cənub nəqliyyat layihəsinin uğurlu icrasına başlanıb. Azərbaycan bu sahəyə böyük həcmdə sərmayə qoyur.

Dövlətimizin başçısı iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından biznes sahəsində fəallığın artırılmasının vacibliyini də qeyd edib. Azərbaycanda Finlandiyanın bir neçə şirkətinin çalışmasına toxunan prezident İlham Əliyev bu şirkətlərin sayının daha da artırılmasının mümkün olduğunu deyib və bildirib ki, Azərbaycanın iqtisadi inkişafı, perspektiv planlar, güclü iqtisadi infrastruktur digər xarici şirkətlər kimi, Finlandiya şirkətlərinin də iqtisadiyyatımızın müxtəlif sahələrində fəal çalışmaları üçün yaxşı imkanlar yaradır.

Xarici ticarət və inkişaf naziri xanım Anne-Mari Viroleynin Finlandiya Prezidenti Sauli Niinistönün salamlarını dövlətimizin başçısına çatdırıb. Qonaq Azərbaycan prezidenti ilə Finlandiya prezidentinin Davosda keçirilən görüşünün məmnunluqla xatırlandığını bildirib. Finlandiyanın xarici ticarət və inkişaf naziri ölkəmizə səfər proqramının çox məzmunlu olduğunu deyərək, səfər zamanı məhsuldar görüşlər keçirəcəyinə ümidvar olduğunu söyləyib.

O, Bakının gözəlliyinin nümayəndə heyəti üzvlərində böyük təəssürat doğurduğunu qeyd etdi və paytaxtımızda tarixi arxitektura abidələrinin müasir binalarla gözəl vəhdət təşkil etdiyini vurğulayıb. Xanım Anne-Mari Viroleynin bildirib ki, ölkələrimiz ümumi tarixə malikdirlər və Azərbaycan ilə Finlandiya arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar var.

Görüşdə ölkələrimiz arasında energetika, tranzit, peşə təhsili, infrastruktur layihələrində Finlandiya şirkətlərinin iştirakı, iş adamları arasında ticarət əlaqələrinin artırılması, sərmayə qoyuluşu, ekologiya və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Dövlətimizin başçısı Finlandiya Prezidenti Sauli Niinistönün salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Finlandiya Prezidentinə çatdırmağı xahiş edib.

Xəbər lenti
0