09:49 26 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9996
Büdcə vəsaiti

Əhalinin rifahının yüksəldilməsi üçün büdcə xərcləri 2 milyard manat artırılır

© Sputnik / Murad Orujov
İQTİSADİYYAT
Qısa URL
40910

Bu ilin dövlət büdcəsinin xərclərinin 23 milyard 61 milyon manata çatdırılması nəzərdə tutulur

BAKI, 22 iyun — Sputnik. "Dövlət və ictimai büdcələrin gəlir və xərclərinin tarazlaşdırılması, dövlətin müdafiə və təhlükəsizliyinin daha da artırılması, ölkə əhalisinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi 2018-ci ilin büdcəsinə yenidən baxılmasını zəruri edib".

Министр финансов Самир Шарифов
© Sputnik / Murad Orujov
Министр финансов Самир Шарифов

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı çıxış edən maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, cari ilin dövlət büdcəsinin gəlirləri 22 milyard 110 milyon manat proqnozlaşdırılır: "Bu da 2018-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 1 milyard 983 milyon manat, ötən ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 milyard 593,3 milyon manat çoxdur".

"Yenidən baxılma ilə cari ilin dövlət büdcəsinin xərclərinin 2 milyard 14 milyon manat artırılaraq 23 milyard 61 milyon manata çatdırılması nəzərdə tutulur. Bu da təsdiq edilmiş proqnoza nisbətən 3,6 faiz, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 milyard 466,5 milyon manat çoxdur" — Şərifov vurğulayıb.

Nazir qeyd edib ki, dəqiqləşdirilmiş dövlət büdcəsində nəzərdə tutulan əlavə xərclərin maliyyə təminatı üçün xam neftin 1 barelinin satış qiymətinin təsdiq olunmuş proqnoza (45 ABŞ dolları) nisbətən 10 ABŞ dolları artırılaraq 55 ABŞ dollarına çatdırılması nəzərdə tutulur.

Əlaqədar

Dövlət büdcəsinin icrası təsdiqləndi, kəsir 1 milyard manatdır
Büdcə təşkilatlarının işçilərinə şad xəbər: Əmək haqqı...
Ekspert: “Dövlət büdcəsindən peşə təhsilinə vəsait ayrılsa da, keyfiyyət yoxdur”
Dövlət büdcəsindən külli miqdarda vəsait yayındıranların adları açıqlandı
Teqlər:
maliyyə naziri Samir Şərifov, manat, milyard, xərc, gəlir, büdcə, dövlət

Əsas mövzular