Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İlham Əliyev tarixi hadisə ilə əlaqədar Türkiyəyə gedib

Abunə olmaq
Azərbaycan prezidentini Türkiyənin meşə və su məsələləri naziri Veysəl Əroğlu və digər rəsmi şəxslər qarşılayıblar

BAKI, 12 iyun — Sputnik. Prezident İlham Əliyev TANAP layihəsinin açılış mərasimində iştirak etmək üçün iyunun 12-də Türkiyə Respublikasına səfərə gedib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Əskişəhər şəhərinin Hasan Polatkan hava limanında Azərbaycan prezidentini Türkiyənin meşə və su məsələləri naziri Veysəl Əroğlu və digər rəsmi şəxslər qarşılayıblar.

Bu gün Türkiyənin Əskişəhər şəhərində Azərbaycan qazını Avropaya çatdıracaq Trans-Anadolu Boru Qaz Kəmərinin (TANAP) açılışı mərasimi baş tutacaq. Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, bir çox ölkənin dövlət və hökumət başçıları, energetika nazirləri, enerji şirkətlərinin rəhbərləri də iştirak edəcəklər.

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Türkiyəyə səfərə gəlib
İlham Əliyev Türkiyəyə səfərə gəlib - Sputnik Azərbaycan
İlham Əliyev Türkiyəyə səfərə gəlib

TANAP-ın açılış mərasimi Bakı vaxtı ilə saat 18:30-da başlayacaq. Mərasimdən sonra Türkiyə prezidenti TANAP layihəsinin açılış mərasiminə qatılan qonaqlara iftar verəcək.

Xatırladaq ki, ümumi dəyəri 40 mlrd. avro təşkil edən Cənub Qaz Dəhlizinin bir hissəsi olan TANAP layihəsi Azərbaycanda hasil olunan təbii qazın Gürcüstandan keçərək Türkiyə ərazisi ilə Avropaya nəql edilməsini nəzərdə tutur. Bu, Azərbaycan, Türkiyə və Avropa üçün böyük önəm daşıyır.

TANAP layihəsi "Şahdəniz" yatağının işlənilməsinin 2-ci mərhələsinin əsas elementlərindən biridir. "Şahdəniz-2" layihəsi çərçivəsində Azərbaycandan ildə 16 mlrd. kubmetr qaz Türkiyəyə nəql olunacaq, bunun 6 mlrd. kubmetri qardaş ölkənin istifadəsinə veriləcək, 10 mlrd. kubmetrlik hissəsi isə Avropaya ixrac ediləcək.

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Türkiyəyə səfərə gəlib
İlham Əliyev Türkiyəyə səfərə gəlib - Sputnik Azərbaycan
İlham Əliyev Türkiyəyə səfərə gəlib

Qeyd edək ki, TANAP layihəsinin Gürcüstan-Türkiyə sərhədindən başlayaraq CQBK sisteminə birləşməsi, Türkiyə ərazisindən keçərək Türkiyə-Yunanıstan sərhədində başa çatması və sonra təbii qazın Avropaya çatdırılması üçün TAP boru kəmərinə birləşməsi planlaşdırılır. Azərbaycan və Türkiyə arasında 2011-ci il dekabr ayının 24-də Anlaşma Memorandumu imzalanıb. "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair" saziş 2012-ci il iyun ayının 26-da İstanbul şəhərində imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiq edilib. TANAP layihəsi təbii qazın "Şahdəniz" və eyni zamanda Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir.

Xəbər lenti
0