Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bakının "Ekspo 2025" sərgisini qəbul etmək imkanları qiymətləndirilib

© Sputnik / Murad OrujovВид на комплекс Flame Towers в Баку
Вид на комплекс Flame Towers в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Aprelin 18-də BSB nümayəndə heyətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul edib

BAKI, 19 aprel — Sputnik. 2025-ci ildə Ümumdünya Ekspo sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyini qiymətləndirmək məqsədilə ölkəmizdə olan Beynəlxalq Sərgilər Bürosunun (BSB) Qiymətləndirmə Missiyası Azərbaycana səfərini başa vurub. Bu barədə Sputnik Azərbaycan Bakı Ekspo 2025 Əməliyyat Komitəsinə istinadən məlumat verir.

16 aprel 2018-ci il tarixində Azərbaycana səfərə gələn BSB-nin nümayəndə heyəti yüksək vəzifəli hökumət nümayəndələri və 2025-ci ildə BSB-nin Ümumdünya Ekspo sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi üzrə İşçi Qrupun üzvləri ilə görüşlər keçirib. Aprelin 18-də BSB nümayəndə heyətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul edib. Bununla yanaşı, BSB-nin qiyməyləndirmə missiyası Milli Məclisin üzvləri, elm və təhsil, gənclər və biznes sektorunun nümayəndələri ilə Ekspo 2025 ümumdünya sərgisinə Bakının namizədliyi ilə bağlı müzakirələr aparıblar.

BSB-nin nümayəndə heyəti Ekspo 2025 Bakı sərgisi üçün ayrılmış əraziyə də baş çəkib. 295 hektar sahəni əhatə edən ərazi hava limanına yaxın şəhərin şərqində yerləşir və paytaxtın genişləndirilməsi planının bir hissəsidir. Baş plana uyğun olaraq geniş yaşıllıq zolağına malik olacaq və Ekspo 2025 sərgisi üçün ayrılmış bu ərazi gələcəkdə dünyanın ən müasir şəhər parklarından birinə çevriləcək, orada həmçinin Azərbaycanın müstəqillik dövründə əldə etdiyi inkişafı əks etdirən sərgi mərkəzi və Bakı şəhərinin yeni yaşayış qəsəbəsi yerləşəcək. 

Caspian Oil and Gas 2017 - Sputnik Azərbaycan
Bakıda nəqliyyat və daşınmaya dair beynəlxalq sərgi olacaq

BSB-nin qiymətləndirmə missiyasının Bakıya səfərinin yekunlarını şərh edərək Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsini icra edən, 2025-ci ildə BSB-nin Ümumdünya Ekspo sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi üzrə İşçi Qrupun sədri Samir Şərifov aşağıdakıları bildirib:

"2025-ci ildə Ümumdünya Ekspo sərgisinə Bakının ev sahibliyi etməsi ölkəmizin, mədəniyyətimizin və insan kapitalımızın dünya miqyasında daha yaxşı tanıdılmasına vacib töhfə verəcək. Bu sərgi, Qlobal Mədəniyyətlərarası Dialoq Forumunun, 2015-ci il Avropa Oyunlarının, Formula 1 Grand Prix və bir çox başqa irimiqyaslı tədbirlərə uğurlu ev sahibliyi etməsindən sonra Azərbaycan üçün bu istiqamətdə atılan təbii növbəti addım olacaqdır. Bu, müstəqilliyimizi bərpa etdikdən sonra ölkəmizin nail olduğu tərəqqini daha da möhkəmləndirəcək. Son on ildə biz Ekspo hərəkatının qürurlu iştirakçıları olmuşuq. Nailiyyətlərimizi nümayiş etdirmək və Bakıya gəlib sərgidə təmsil olunacaq ölkələr arasında qlobal bilik və təcrübələri bölüşmək üçün dünyanın bütün qitələrini təmsil edən geniş auditoriyanı cəlb etməyə hazırıq. Ekspo sərgisi üçün təklif etdiyimiz "İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq" mövzusu təhsil, sağlamlıq və məşğulluq sektorlarına sərmayə qoymaqla bəşəriyyətin həyat keyfiyyətinin yaxşılaşdırılması üçün yeni ideyaların irəli sürülməsinə imkan yaradacaqdır.

Ümumdünya Ekspo sərgisinə Bakı şəhərinin ev sahibliyi etməsi Bakının və ümumiyyətlə Azərbaycanın inkişafını sürətləndirəcək. Milli inkişaf strategiyamıza uyğun olaraq, Ekspo 2025 layihəsi biznes imkanlarının yaradılması, yeni tərəfdaşlıqların qurulması, turizmin inkişaf etdirilməsi və yeni iş yerlərinın açılması vasitəsilə iqtisadiyyatımızın şaxələndirilməsinə kömək edəcək.

Ən əsası isə, ümumdünya sərgisinə ev sahibliyi tariximizin qürur anı olacaq. Ümid edirik ki, biz 2025-ci ildə dünyanı Bakıda salamlamaq şərəfinə layiq görüləcəyik". 

Prezident İlham Əliyev Zərdab Rayon Mərkəzi Xəstəxanasının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Dövlət başçısı beynəlxalq sərgiyə baş çəkib

Azərbaycan 2025-ci il Ümumdünya Ekspo sərgisinə ev sahibliyi üçün paytaxt şəhəri Bakının namizədliyini təqdim etmişdir. Beynəlxalq Sərgilər Bürosuna (BSB) üzv dövlətlər sərgiyə ev sahibi olacaq şəhəri 2018-ci ilin noyabr ayında Parisdə BSB-nin Baş Assambleyasının sessiyasında seçəcəklər.

Azərbaycan hökuməti və ölkənin biznes sektoru Bakının namizədliyini tam şəkildə dəstəkləyir. Azərbaycanın iqtisadi gücü və sabitliyi sayəsində Ümumdünya Ekspo 2025 Bakı Azərbaycan layihəsi bütün sərgi iştirakçıları və qonaqlar üçün möhtəşəm təcrübə vəd edir.

Azərbaycan Ekspo hərəkatının fəal üzvüdür, 18 il ərzində beynəlxalq sərgilərdə fəal iştirak edib. Son üç sərgidə Azərbaycanın milli pavilyonları müxtəlif nominasiyalar üzrə yüksək mükafatlara layiq görülüb.

Ekspo ərazisinin tikilməsi üçün 2025-ci ilə qədər 7 il ərzində 765 milyon avro nəzərdə tutulub.

Xəbər lenti
0