13:47 20 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0255
  • USD1.7000
  • EUR1.9852
Rubl və dollar

Rubl və lirə sürətlə ucuzlaşır

© Sputnik / Vladimir Trefilov
İQTİSADİYYAT
Qısa URL
317 0 0

Türkiyədə də dolların məzənnəsi rekord vurmağa davam edir

BAKI, 11 aprel — Sputnik. Aprelin 11-də Rusiyada ABŞ dollarının məzənnəsi 64 rublu keçib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu, qonşu ölkədə Amerika valyutasının 2016-cı ilin dekabr ayından bəri ən yüksək qiymətidir. Avronun məzənnəsi isə 2016-cı ilin mart ayından bəri ilk dəfə 80 rublu üstələyib.

Türkiyədə də dolların məzənnəsi rekord vurmağa davam edir.

Sputnik Azərbaycan "Sözcü"yə istinadla xəbər verir ki, artan geosiyasi risklər, ABŞ sanksiyalarından sonra Rusiya bazarlarında baş verən kəskin itkilər və daxili risklər ilə əlaqədar dünən türk lirəsi dollar və avro qarşısında ucuzlaşıb. Bu gün səhər də Türkiyədə dolların məzənnəsi 4.1564 ilə rekordu təzələyib. Avro da 5.1450 ilə yeni rekord vurub.

Teqlər:
ucuzlaşma, lirə, rubl, məzənnə, avro, dollar

Əsas mövzular