19:46 17 Avqust 2018
Canlı yayım
  • RUB0.0254
  • USD1.7000
  • EUR1.9343
Neft nasosları

Dünyada çox nəhəng neft yatağı kəşf edildi

© REUTERS / Sergei Karpukhin
İQTİSADİYYAT
Qısa URL
1218 0 0

Bu, Rusiya kimi nəhəng neft ölkəsinin bütün kəşf edilmiş neft yataqları qədərdir

BAKI, 5 aprel — Sputnik. Bəhreyn hökuməti ölkədə yeni neft yatağının tapıldığını elan edib. Sputnik Azərbaycan Associated Press agentliyinə istinadən xəbər verir ki, neft yatağı ölkənin qərb sahilində tapılıb.

Bu, 1932-ci ildən bu yana aşkar edilən ən böyük neft yatağıdır. İlkin hesablamalara görə, yataqda 80 milyard barel neft var. Bu, Rusiya kimi nəhəng neft ölkəsinin bütün kəşf edilmiş neft yataqları qədərdir.

Bəhreyn gündəlik 45 min barel neft hasil edir. Ölkə OPEC-in üzvü olmasa da, neftin dünya bazarındakı qiymətinin sabitləşdirilməsi üçün imzalanan razılaşmaya qoşulub və könüllü olaraq neft hasilatını azaldıb.

Teqlər:
yataq, kəşf, Bəhreyn Krallığı, neft

Əsas mövzular