Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bakıda Azərbaycan-İran biznes forumu keçirilir

Abunə olmaq
Hər iki ölkənin dövlət başçıları biznes forumda iştirak edirlər

BAKI, 29 mart — Sputnik. Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu keçirilir. Sputnik Azərbaycan bu barədə prezident İlham Əliyevin rəsmi saytına istinadən xəbər verir.

© Official website of President of Azerbaijan RepublicBakıda Azərbaycan-İran biznes forumu keçirilir
Bakıda Azərbaycan-İran biznes forumu keçirilir - Sputnik Azərbaycan
Bakıda Azərbaycan-İran biznes forumu keçirilir

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və İran İslam Respublikasının prezidenti Həsən Ruhani biznes forumda iştirak edirlər.

Qeyd edək ki, İran İslam Respublikasının prezidenti Həsən Ruhani martın 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

© Official website of President of Azerbaijan RepublicBakıda Azərbaycan-İran biznes forumu keçirilir
Bakıda Azərbaycan-İran biznes forumu keçirilir - Sputnik Azərbaycan
Bakıda Azərbaycan-İran biznes forumu keçirilir

İran prezidenti Həsən Ruhanini hava limanında Azərbaycan Respublikasının baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

Sonra hər iki ölkənin dövlət başçıları arasında görüş olub.

Xəbər lenti
0