Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Elektrik enerjisinin qiyməti qalxacaq?

© pixabay / PexelsЭлектричество, фото из архива
Электричество, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"S&P": Yaxın 2 ildə Azərbaycanda enerji tarifləri dəyişməyəcək

BAKI, 16 fevral — Sputnik. "2018-2019-cu illərdə Azərbaycanda elektrik enerjisi tarifləri dəyişməyəcək". "APA-Economics" xəbər verir ki, bu barədə "Standard&Poors" beynəlxalq reytinq agentliyi "Azərenerji" ASC-nin reytinqi ilə bağlı yaydığı məlumatda qeyd olunub.

Bildirilir ki, qaz və mazut qiymətlərinin artımını kompensasiya etmək üçün 2016-cı ilin dekabrında Tarif Şurasının qərarı ilə "Azərenerji"nin tarifləri 33% artıb: "Bələ bir addımın iqtisadi və sosial nəticələrini nəzərə alaraq yaxın iki ildə tariflərin dəyişməyəcəyini düşünürük".

Agentliyin mütəxəssisləri qeyd edirlər ki, "Azərenerji"nin əməliyyat fəaliyyəti mənfəətlə nəticələnəcək: "Buna baxmayaraq, dövlət tərəfindən əsaslı kapital xərcləri maliyyələşdirilməsə, 2018-ci ildən şirkətə pul axını zəifləyəcək".

Xəbər lenti
0