Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Heydər Əliyev Mərkəzində mühüm toplantı

© Sputnik / Murad OrujovЗдание Центра Гейдара Алиева в Баку
Здание Центра Гейдара Алиева в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclası keçirilir

BAKI, 15 fevral — Sputnik. Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclası işə başlayıb. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iclasda iştirak edir.

Tədbirdə, həmçinin Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç iştirak edirlər.

© Official website of President of Azerbaijan RepublicBakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclası keçirilir
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclası keçirilir - Sputnik Azərbaycan
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclası keçirilir

Əvvəlcə birgə foto çəkdirilib. Azərbaycan prezidenti İlham Əliyev iclasda nitq söyləyib. Sonra Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç çıxış edib.

İclas işini plenar sessiyalarla və "dəyirmi masa" ilə davam etdirəcək.

Xəbər lenti
0