21:50 16 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235
İQTİSADİYYAT
Qısa URL
819 0 0

2025-ci ilədək Azərbaycanda sitrus meyvələri istehsalının həcminin 100 min tona çatdırılması nəzərdə tutulur

BAKI, 11 fevral — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə Maliyyə və və İqtisadiyyat nazirlikləri hər il, müvafiq olaraq, dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görməlidirlər.

Kənd Təsərrüfatı Nazirliyi Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirməli, Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Sitrus meyvəçiliyinin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək Azərbaycanda sitrus meyvələri istehsalının həcminin 100 min tona çatdırılması nəzərdə tutulur.

Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanda sitrus meyvəçiliyi ənənələrinin inkişaf etdirilməsinə, sitrus meyvələrinə olan daxili tələbatın ödənilməsinə və idxaldan asılılığın azaldılmasına, sitrus meyvəçiliyi ilə məşğul olan rayonlarda əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə ölkənin aqrar potensialını gücləndirəcək.

Əlaqədar

Əhalinin sosial müdafiəsi ilə bağlı sərəncam imzalandı
Prezidentin sərəncamı ilə 20 milyon manat pul ayrıldı
Prezident pensiyalarla bağlı sərəncam verdi
Nuriyev: “İlin sonunda əfv sərəncamı gözlənilmir”
Prezidentdən sumqayıtlıları sevindirəcək sərəncam
Teqlər:
Prezident İlham Əliyev, sərəncam, Dövlət Proqramı, sitrus

Əsas mövzular