12:16 18 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Доллар, фото из архива

FED-in artım qərarı və manatın müəmmalı taleyi

CC0 / ar130405 / dollar
İQTİSADİYYAT
Qısa URL
499 0 0

Ekspert: “Azərbaycan manatına birbaşa təsir daha çox xam neftin dünya bazar qiymətləri ilə əlaqəlidir”

BAKI, 14 dekabr — Sputnik. Xəbər verdiyimiz kimi, FED uçot dərəcəsini yüksəldib. Sputnik Azərbaycan xəbər verir ki, ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0,25% — 1,25%-dən illik 1,50%-ə qədər artırıb.

Qeyd edək ki, bu, 2017-ci ilin iyunundan faiz dərəcəsinin artımı haqqında ilk qərardır.

ABŞ Federal Ehtiyat Sisteminin yerləşdiyi bina
© AFP 2019 / Karen BLEIER

FED-in iki günlük iclası bununla başa çatıb.

İclasda FED-in 2018-ci ildə faiz dərəcəsini daha üç dəfə artırmağı planlaşdırdığına dair siqnallar verilib. O da məlum olub ki, qurum 2019-cu ildə iki faiz artım planlaşdırır.

Bəs FED-in bu qərarı bu ilin əvvəlindən sabit qalan və hətta dollara nisbətən mövqeyini möhkəmləndirən Azəbaycan manatına necə təsir göstərəcək?

Sputnik Azərbaycan-ın xəbərinə görə, iqtisadçı-ekspert Qubad İbadoğlu oxu.az-a açıqlamasında bildirib ki, FED-in qərarının Azərbaycan manatının məzənnəsinə mümkün təsirləri daha çox dolayı və psixoloji kontekstdə müzakirə oluna bilər: “Çünki Azərbaycan manatına birbaşa təsir daha çox xam neftin dünya bazar qiymətləri ilə əlaqəlidir”.

Dolayı və psixoloji təsirlərə gəlincə, iqtisadçı deyir ki, Azərbaycanın əsas ticarət tərəfdaşları olan Türkiyədə və Rusiyada dolların ucuzlaşması manatın da məzənnəsini gərginlik altında saxlayır: “FED-in qərarı hər iki ölkənin valyutasının ABŞ dollarına nəzərən məzənnəsinə təsirsiz ötüşməyəcək, onda Azərbaycan manatı da dolayı təsirlərdən sığortalana bilməyəcək.

ABŞ Federal Ehtiyat Sisteminin yerləşdiyi bina
© AFP 2019 / Karen BLEIER

Milli Məclisin İqtisadi siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, Mərkəzi Bankın manatın məzənnəsinə müdaxiləsi hazırda güclüdür: “Neftin qiyməti yüksəkdir. Azərbaycanın xarici ticarətində müsbət saldo var. İxrac idxalı üstələyir. Başqa tərəfdən, Mərkəzi Bank pul kütləsinə ciddi nəzarət mexanizmi həyata keçirir. Vəziyyət bu istiqamətdə davam edərsə, manatın məzənnəsini qoruyub saxlamaq mümkün olacaq”.

Millət vəkili manatın məzənnəsinin qorunub saxlanmasının müsbət və mənfi tərəflərinin olduğunu  da önə çəkir: “Manat istər-istəməz bazar qiymətini almalıdır”.

Əlaqədar

FED uçot dərəcəsini daha üç dəfə artıracaq
FED-də baş verənlər dolları zəiflədəcək
FED faizi artırdı, dollar isə ucuzlaşdı
FED uçot dərəcəsini artırıb
FED uçot dərəcəsini artıracaq
Teqlər:
artım, faiz, Vahid Əhmədov, FED, Qubad İbadoğlu, manat, dollar, qiymət, neft

Əsas mövzular