Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan Mərkəzi Bankında mühüm təyinat

© Sputnik / Murad OrujovЦентральный банк Азербайджанской Республики
Центральный банк Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Mərkəzi Bankına daha bir baş direktor təyin edilib

BAKI, 8 dekabr — Sputnik. Azərbaycan Mərkəzi Bankına (AMB) daha bir baş direktor təyin edilib. Sputnik Azərbaycan “Report”-a istinadən xəbər verir ki, bu, Vüqar Ramin oğlu Əhmədovdur.

Bununla da AMB-nin baş direktorlarının sayı 6-ya çatıb.

Xatırladaq ki, V.Əhmədov 1979-cu ildə Bakı şəhərində anadan olub, 1999-cu ildə Azərbaycan Dövlət Dillər İnstitutunu “Dilşünaslıq tərcüməçi-referent ingilis dili” ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetini “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə, 2006-cı ildə isə ABŞ-nın Vaşinqton Universitetini “Tətbiqi iqtisadiyyat” ixtisası üzrə magistr pilləsini bitirib, 2008-ci ildə həmin universitetdə İqtisadiyyat üzrə Fəlsəfə Elmləri Doktoru (Ph.D) alimlik dərəcəsini alıb.

Əmək fəaliyyətinə 1998-ci ildə Kənd Təsərrüfatı Nazirliyində aparıcı mütəxəssis-tərcüməçi vəzifəsində başlayıb. 1998-2004-cü illərdə Nazirlikdə baş mütəxəssis-tərcüməçi, baş məsləhətçi vəzifəsində, dövlət qulluğunun kiçik müşaviri dərəcəsi ilə işləyib. 2009-cu ildə AMB-də Tədqiqatlar departamentinin İqtisadi tədqiqatlar və proqnozlaşdırma şöbəsinin rəisi vəzifəsində işə qəbul edilib. 2010-2013-cü illərdə qurumun Tədqiqatlar və İnkişaf Mərkəzinin Tədqiqatlar Departamentinin direktor müavini, həmin departamentin direktoru vəzifələrində, 2013-2017-ci illərdə Mərkəzin direktoru vəzifəsində işləyib.

Ailəlidir, 2 övladı var.

Xəbər lenti
0