06:10 18 İyun 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR2.0067
Строительство газопровода, фото из архива

BP-dən Azərbaycana xoş xəbər

© AP Photo / Keith Srakocic
İQTİSADİYYAT
Qısa URL
2055 0 0

BP rəsmisi: "2018-ci ildə "Şahdəniz" qazının Avropaya çatdırılmasına başlayacağıq"

BAKI, 3 dekabr — Sputnik. "BP Gürcüstan ərazisində "Cənub Qaz dəhlizi" üzrə tikinti işlərini başa çatdırıb".

Bu sözləri "Report"a açıqlamasında BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə prezidenti Qəri Counz (Gary Jones) deyib.

Onun sözlərinə görə, "Cənub qaz dəhlizi" üzrə həyata keçirilən layihələr nəzərdə tutulmuş cədvəl üzrə müəyyən olunmuş büdcə çərçivəsində həyata keçirilir. Bu marşrut üzrə mexaniki işlər tam başa çatdırılıb. Boru kəməri demək olar ki, hazırdır.

"İnanıram ki, 2018-ci ilin ikinci yarısında "Şahdəniz" qazının Gürcüstandan keçməklə Avropaya çatdırılmasına başlaya biləcəyik" — deyə Q.Counz vurğulayıb. 

Əsas mövzular