00:10 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
904 0 0

"Anlaşmanın müddətinin uzadılması ilə bağlı qərar verilsə, neftin qiymətində artıma doğru addımlar olacaq"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 29 noyabr — Sputnik. "Noyabrın 30-da Vyanada keçiriləcək OPEC toplantısında neft hasilatının azaldılması ilə bağlı anlaşmanın müddətinin uzadılması gözlənilir və bunun ilhamverici qüvvələri Səudiyyə Ərəbistanı ilə Rusiyadır".

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban deyib. Onun sözlərinə görə, artıq Rusiyanın ən böyük neft hasilatçıları hasilatın azaldılmasını dəstəkləyir.

"Yəni, bir il bundan əvvəl özəl şirkətlər buna tərəddüd edirdi. Ancaq hazırda Rusiyanın böyük şirkətlərinin hamısı bunu dəstəkləyir. Həm iri neft hasilatçısı olan ölkələrin, həm də şirkətlərin maraqları üst-üstə düşür" — Şaban bildirib.

"Neftin qiymətinin təqribən 30 faizədək artımı onların gəlirlərini kifayət qədər artırıb. Hesab edirlər ki, 2018-ci ilin martından sonra səyləri birləşdirsələr, gələn il neftin orta qiyməti yenə artıma doğru getsə, onların gəlirləri artacaq, biznes fəaliyyətləri genişlənəcək" — müsahibimiz əlavə edib.

Ekspertin sözlərinə görə, 1 il bundan əvvəl OPEC-in hasilatın azaldılması qərarını 11 ölkə dəstəkləmişdisə, indi Rusiyanın səyi nəticəsində bu ölkələrin sayının daha da artması gündəmdədir.

İ. Şaban neftin qiymətləri ilə bağlı proqnozlarını da dilə gətirib. O deyib ki, noyabrın 30-da qəbul ediləcək qərardan çox şey asılıdır: "Anlaşmanın müddətinin uzadılması ilə bağlı qərar verilsə, neftin qiymətində artıma doğru addımlar olacaq".

"Ötən ilin noyabrında qiymətlər 45 dollar ətrafında idi. Qərar qəbul ediləndən sonra dekabr ayında qiymətlər 5 dollar artıb. Amma düzdür, çox böyük artımdan söhbət gedə bilməz" — mütəxəssis vurğulayıb.

İqtisadçı-ekspert Sabit Bağırov da Sputnik Azərbaycan-a açıqlamasında bu toplantıda anlaşmanın uzadılmasının ehtimalının böyük olduğunu deyib: "OPEC və Rusiya qərarın uzadılmasını razılaşdıracaq".

Neftin qiymətlərinə gəlincə, iqtisadçı düşünmür ki, gələn il orta qiymət 50-55 dollardan yuxarı olsun: "Əgər Vyana toplantısında qərar qəbul olunmazsa, neftin qiyməti düşəcək. Tendensiya enməyə doğru olacaq".

"Amma çox şey bazardakı spekulyativ oyunlardan asılıdır. Eyni zamanda, gələn il dünyada hansısa hadisələr baş verərsə, neftin qiymətinə təsiri olacaq" — S. Bağırov qeyd edib.

Qeyd edək ki, neft hasilatının azaldılması ilə bağlı cari anlaşmanın müddəti 2018-ci il martın 31-də bitir.

Əlaqədar

OPEC-dən ümidverici neft proqnozu
OPEC-dən yeni həmlə
Rusiya OPEC-in hasilatın daha da azaldılmasına qarşı çıxacaq
Bu tendensiya neftin qiymətini yenidən endirə bilər
Azərbaycan nefti və milli valyutası bahalaşdı
Neft ölkəsində benzinin qiyməti rekord həddə qalxdı
Azərbaycanın qeyri-neft idxalı
Teqlər:
OPEC toplantısı, neft hasilatı, ölkə, anlaşma, Vyana, Səudiyyə Ərəbistanı, Rusiya, dollar, qiymət

Əsas mövzular