12:20 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
47 0 0

Son 10 ildə Dövlət Neft Fondundan büdcəyə 76 mlrd. dollar köçürülüb

BAKI, 21 noyabr — Sputnik. "Son 10 ildə Dövlət Neft Fondundan 76 mlrd. dollar transfert etmişik və bu, olmasaydı Azərbaycan risklərlə üzləşə bilərdi".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

O bildirib ki, 2018-ci ildə neft hasilatının azalmasına baxmayaraq, ölkədə ümumi iqtisadi artım proqnozlaşdırılır: "Azərbaycan dünyada ən az borcu olan 10 ölkədən biridir. Ölkədə borcalma strategiyası hazırlanıb. Kommersiya banklarına inam artırılmalıdır, banklarla əhali arasında konsensus yaradılmalıdır".

Deputatın sözlərinə görə, Azərbaycanın 2018-ci il dövlət büdcəsində neftin baza qiymətinin 45 dollar/barel səviyyəsində götürülməsi qarşıdakı hədəflərə nail olmağa imkan verəcək.

Əlaqədar

Oqtay Əsədov 2018-ci il büdcəsinin istiqamətini açıqladı
Gələn ilki dövlət büdcəmiz müzakirəyə çıxarıldı
Beynəlxalq Bank büdcəni “yeyir”: gəlir və xərclər açıqlandı
Gələn ilin dövlət büdcəsinin məbləği açıqlandı
Teqlər:
Ziyad Səmədzadə, transfert, dollar, mlrd, Dövlət Neft Fondu

Əsas mövzular