14:37 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
167 0 0

Artımın 72%-i Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması prosesi çərçivəsində dövlətin üzərinə keçmiş xarici kreditorlar qarışındakı öhdəliklərin icrasına yönəldilmiş xərclərdir

BAKI, 7 noyabr – Sputnik. “Gələn il dövlət büdcəsinin gəlirləri 20,127 mlrd. manat, xərcləri isə 20 mlrd. 905,7 mln. manat təşkil edəcək. Dövlət büdcəsinin 778,7 mln. manat kəsirlə icra olunacağı proqnozlaşdırılır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin komitələrin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib.

Dövlət büdcəsinin gəlirləri 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3,361 mlrd. manat və ya 20%, 2016-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 2,621 mlrd. manat və ya 15% çoxdur.

Nazir bildirib ki, gələn il Dövlət Neft Fondundan büdcəyə 9,216 mlrd. manat transfert nəzərdə tutulub. 2017-ci ildə bu rəqəm 7,5 mlrd. manat və ya 1,716 mlrd. manat az olub.

O, bildirib ki, 2018-ci ilin dövlət büdcəsi hazırlanarkən ölkənin müdafiə qabiliyyətinin daha da yüksəldilməsi, kənd təsərrüfatı sahəsinin inkişafı, məşğulluğun artırılması və sosialyönümlü tədbirlərin, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı zəruri xərclər prioritet olaraq qalıb.

Nazir qeyd edib ki, Azərbaycanın 2018-ci il dövlət büdcəsinin layihəsində dövlət borcuna xidmətlə bağlı 2,263 mlrd. manat həcmində vəsaitin ayrılması nəzərdə tutulur. Bu da 2017-ci ilin analoji proqnozu ilə müqayisədə 37,8% çoxdur. Bu artımın da 72%-i Azərbaycan Beynəlxalq Bankının (ABB) sağlamlaşdırılması prosesi çərçivəsində dövlətin üzərinə keçmiş xarici kreditorlar qarışındakı öhdəliklərin icrasına yönəldilmiş xərclərdir.

Əlaqədar

Milli Məclisdə büdcə zərfi müzakirə edilir
Gələn ilin dövlət büdcəsinin məbləği açıqlandı
Büdcəmizə qənaət etməli olacağıq
Hökumətin büdcə öhdəliklərini yerinə yetirməsinə böyük təkan
Büdcədən ən çox "pay alan" eks-prezident
Teqlər:
Dövlət Neft Fondu, Azərbaycan Beynəlxalq Bankı, Samir Şərifov, Milli Məclis, dövlət büdcəsi

Əsas mövzular