Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bakı-Tbilisi-Qars xəbəri dünya mediasının manşetində

© pixabay / JadrogcЖелезнодорожные рельсы, фото из архива
Железнодорожные рельсы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu möhtəşəm layihə dünya mətbuatının diqqətindən yayınmayıb

BAKI, 30 oktyabr — Sputnik. Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu xətti işə düşür. Sputnik Azərbaycan xəbər verir ki, paytaxtdakı Beynəlxalq Dəniz Ticarət Limanından ilk qatarın yola düşmə mərasimində, Azərbaycan prezidenti İlham Əliyev, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Özbəkistan baş nazirinin müavini Nodir Otajonovun iştirakı nəzərdə tutulub.

Avropa və Asiyanı dəmir hörgülərlə bir-birinə bağlayacaq bu möhtəşəm layihə dünya mediasının da diqqətindən yayınmayıb. Bir sıra nüfuzlu xəbər agentlikləri, bugünkü açılış mərasimini manşet xəbər kimi verib.

Xüsusilə "Bloomberg", "Reuters", RİA, "Politicallore", "Rustavi-2" və digər beynəlxalq informasiya agentlikləri Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin bugünkü açılışı ilə bağlı geniş məqalə dərc edib. Xəbərlərdə sözügedən layihənin beynəlxalq miqyasda əhəmiyyəti vurğulanıb. Orta Asiya dövlətlərinin, Çinin də layihəyə ciddi maraq göstərdiyi qeyd olunub.

Xəbər lenti
0