Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dolların taleyini bu şəxslərdən biri həll edəcək

© REUTERS / Kevin LamarqueFED-in binası, arxiv şəkli
FED-in binası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
FED rəhbərinin səlahiyyət müddəti 2018-ci ilin fevralında sona çatır

BAKI, 18 oktyabr — Sputnik. ABŞ Mərkəzi Bankının (FED) sədri vəzifəsinə 5 nəfər namizəd var.

Sputnik Azərbaycan "Bloomberght"ə istinadla xəbər verir ki, ABŞ prezidenti Donald Tramp 5 namizəddən birinin FED-in sədri seçiləcəyini söyləyib.

FED İdarə Heyətinin keçmiş üzvü Kevin Uorş, Stanford Universitetinin iqtisadçısı Con Teylor, hazırda FED-də çalışan Jerom Pauel, Milli İqtisadiyyat Şurasının direktoru Geri Kon və FED-in indiki sədri Cannet Yellen namizədlər siyahısındadır.

Tramp noyabrın 3-də Asiyaya səfərə getməzdən öncə yeni sədriN adını açıqlayacağını planlaşdırır.

Qeyd edək ki, FED rəhbərinin səlahiyyət müddəti 2018-ci ilin fevralında sona çatır.

Xəbər lenti
0